İlham Əliyev DTX əməkdaşlarını təltif etdi




Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.



Polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:

2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor

Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik

Usubov Mütəllim Məhiş oğlu - polkovnik

«Vətən uğrunda» medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor

Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan

Səfərov Fuad Vaqif oğlu - polkovnik

Süleymanov Elşən Müzəffər oğlu - mayor

«İgidliyə görə» medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş

Fərzəliyev Muradxan Arif oğlu - kapitan

Rəsulov Ramin Qabil oğlu - mayor

Yusifzadə Emin Elxan oğlu - kapitan

«Hərbi xidmətlərə görə» medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor

Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı

Həmzəyev Rəşad Firidun oğlu - polkovnik

Qasımov Səbuhi Vaqif oğlu - mayor

Məmmədov Madar İbrahim oğlu - kapitan

Məsimov Nazim Abbas oğlu – kapitan

Musayev Mehman Fikrət oğlu - polkovnik

Paşayev Elnur Elman oğlu - kapitan.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu