Süleyman Mikayılovdan və qardaşından İlham Əliyevə ŞİKAYƏT




AFN-ə Qardağ rayonu ərazisində karxana işlədən onlarla sahibkar adından şikayət daxil olub.

Məlum səbəbdən hələ ki, adlarını açıqlamağı istəməyən sahibkarlar bildirirlər ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılov onlara qarşı haqsızlıq edir: “Adımız ictimailəşsə bizim karxanalar bağlanacaq, ya da başqa birinə satılacaq. Bunun üçün Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuz da bizim son nəfəsimizdir. Məsələ ondadır ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımızdan çıxarır. Neçə ildir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayan təkcə icra başçısının qardaşı deyil, həmçinin Əməyin Mühafizəsi Xidmətindən, Vergilər Nazirliyindən, “Azərişıq”dan və bir çox başqa qurumlardan gələn məmurlara aylıq veririk. Bu günə qədər hər şeyi bir təhər idarə etməyə çalışırdıq və işimizin yolunda getməsi naminə hamının “könlünü xoş tutmağa” çalışırdıq. Ancaq indi vəziyyət dəyişib. Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adına aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz ərazilərimizi yenidən bizə satmağa qalxıb. Başçının qardaşı açıq şəkildə deyir ki, ya əraziləri yenidın almalıyıq, ya da əlimizdən alıb başqalarına satacaq”.

Şikayətçilər qeyd edirlər ki, ərazilərin onlardan alınmasını qanuniləşdirmək qarşı tərəf üçün olduqca asandır. Çünki həmin karxanalar orada qanunsuz fəaliyyət göstərir: “Lakin məsələ orasındadır ki, bütün karyerdə eyni vəziyyət on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və bu aylığa görə bir çox iş qüsurlarına məmurlar göz yumurlar. Yəni faktiki olaraq onlar da dolanır, biz də dolanırıq. İndi isə Bağır Süleymanov bizim öz ərazilərimizi bizə satmağa qalxıb. Halbuki biz vaxtilə buraları pulla almışıq. Yəni zamanında 10 qat artıqlaması ilə dəyərini ödədiyimiz ərazilər üçün yenidən pul istəyirlər bizdən. Həm də bu dəfə qiyməti iki dəfə artırıblar. Bağır Süleymanov öz qardaşı adından artıq bizə ultimatum və vaxt verib. Əgər tələb olunan məbləğlər aprelin 20-nə qədər verilməsə, bizim ərazilərimiz bağlanacaq, sonra da başqasına satılacaq”.

Şikayətçilər media vasitəsilə səslərinin ölkə prezidenti İlham Əliyevə, və birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmasını xahiş edirlər: “Buz inanırıq ki, Süleyman və Bağır Mikayılovları ancaq ölkə rəhbərliyi durdura bilər. Bizim səsimizi isə onlara ancaq media çatdıra bilər. Başqa yollara baş vurmaq istərdik, amma şikatətlərimizin yenidən Süleyman Mikayılovun üzərinə qayıdacağını bilirik”.

Məsələ ilə bağlı Qaradağ RİH-dən mövqe almaq istəsək də, qurum əməkdaşları sualı bir-birinə yönləndirərək cavablandırmaqda çətinlik çəkdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu