Əli Kərimli prokurorluqda dindirildi




Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.

Partiya sədri bu barədə özünün “feysbuk” səhifəsində məlumat verib.

Qeyd edək ki, Ə.Kərimli Azərbaycandan mühacirət etmək üçün bəzi şəxslərə AXCP adından partiya bileti satıldığı iddiaları ilə bağlı ifadə verib. Bu iş üzrə AXCP sədrinin müavini Gözəl Bayramlı da dünən ifadə verib.

* * *12:53

Bu gün AXCP sədri Əli Kərimli ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Əli Kərimli özü jurnalistlərə bildirib. Onun həmin idarədə Azərbaycandan mühacirət edən şəxslərə müxalifət partiyalarının saxta üzvlük vəsiqələrinin verilməsi və digər saxta sənədlərin hazırlanması işi üzrə aparılan istintaq çərçivəsində dindirilmək üçün çağırıldığı bildirilir. Bundan əvvəl həmin iş üzrə müxalifət partiyalarının bir neçə funksionerləri də dindirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu