Artur Rasizadə yenidən Müşahidə Şurasının sədri seçildi




Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fonddan verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu