Bakıda ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsildi- FOTOLAR




Bakı şəhərinin daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb.

Hadisə Nəsimi rayonu, IV mikrorayon, Mirmahmud Kazımovski küçəsində baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya İdarəsinin müfəttişi Ruslan Bayramov deyib ki, hadisə aprelin 19-da baş verib. O bildirib ki, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin ərazidə ağacların abadlaşdırılması üçün nazirliyin ekpertiza idarəsinə müracət edib:

"Bununla bağlı biz tərəfdən onlara müsbət rəy verilib. Ağac kəsilməsi ilə bağlı isə birliyə heç bir rəy verilməyib. Bundan sonra həmin ərazidə ağac kəsilməsi faktı olduğuna görə tərəfimizdən araşdırılma aparılıb və qanuna uyğun müvafiq tədbirlər görülüb".

R.Bayramovun sözlərinə görə, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi cərimələnib: "Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik".

Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədi rayonu 9-cu mikrorayon, Mircəlal Əliyev küçəsi 9A ünvanında sakinlər ərazidə olan ağacların qırılması ilə bağlı tikinti şirkəti rəsmilərinə etiraz etmişdi.(Report)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu