Asif Əsgərov prezidentə niyə məhəl qoymur?- FOTOLAR




Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki, yolverilməzdir.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirərək deyib: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır (Prezident İlham Əliyevin 2014-cü il aprelin 13-də Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən sitat).

Bu günlərdə 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılması da sözügedən məsələyə ən yüksək səviyyədə diqqət ayrıldığını göstərir. Ancaq təəssüflər olsun ki, bu göstərişlər məmurlara dərs olur. Bu dəfə də anoloji xəbər Nəsimi rayonundan gəlib. Belə ki, Bakının Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində – “Əcəmi” metrostansiyasının çıxışından 5 metr irəlidə sakinlərin illərlə əkib, becərdiyi ağaclar kəsilib, yerində qazıntı aparan ekskavator isə su borularını dağıdıb. Bu haqda gununsesi.info-ya Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsinin sahibləri məlumat verib. Sakinlərin sözlərinə görə, onların etirazlarına baxmayaraq, binanın qarşısındakı yaşıllıq ərazi hasarlanıb. Hələ bu az imiş kimi metroya gedən yol da çəpərlənərək sökilüb.

“Qazıntı işləri aparanların sözlərinə görə, burada bina tikiləcək. 2-ci mikrorayonda sakinlərin dincəlməsi, hava alması üçün bir qarış yer qalmayıb. Hamısını satıblar. Əvvəllər birnci mərtəbələrdə yaşayanları bezdirilib çıxardırdılar, sonra isə yerində gəncləri və yeniyetmələri yolundan azdıran əyləncə mərkəzəri istifadəyə verirdilər.
Beşmərtəbəli binaların 1-ci mərtəbəsi sanki “hamilə”dir. Binaların xarici görünüşünü eybəcərləşdirməklə yanaşı, sakinlərin rahatlıqlarını da əlindən alıblar. Etiraz edəndə isə deyirlər ki, burada Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov özünə obyekt tikdirir. Dərdimizi kimə deyək, bilmirik”- deyə, bildiriblər.

Mövzuya qayıdacağıq…

Asif Əsgərov prezidentə niyə məhəl qoymur?-














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu