Elbrus zirvəsini fəth etmək istəyən iki alpinst həlak oldu




Elbrus zirvəsini fəth etmək istəyən alpinistlərdən iki nəfəri həlak olub.



AFN lenta.ru saytına istinadən bildirir ki, hadisə barədə Rusiya FHN-nin Elbrus yüksək dağ xilasetmə dəstəsinin rəisi Abdulla Quliyev məlumat verib.
Həlak olanlar təcrübəli alpinistlərdir. “Bu dörd nəfərdən ibarət rus turistlərin daxil olduğu dəstə olub. Faciəli hadisənin baş verməsinə baxmayaraq, digər iki nəfər zirvəyə doğru irəliləməkdə davam edirlər. Ölənlər təcrübəli bələdçilər idilər, müntəzəm olaraq alpinistləri Elbrus zirvəsinə müşaiyət edirdilər. Onların hər ikisi Nalçik şəhər sakinləridir. Çox güman ki, onlar dağ yamacındakı buz təbəqəsi üzərində sürüşərək aşağı yuvarlanıblar”, - Quliyev agentliyə belə söyləyib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu