Saytların bloklanması ilə bağlı məhkəmə təxirə salındı




Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytları və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası başlayıb.



Prosesə hakim Nurəddin Bağırov sədrlik edib. Ərizəçinin nümayəndəsinin etibarnaməsi olmadığına görə, məhkəmə iclası mayın 1-nə kimi təxirə salınıb.

Qeyd edək ki, adı çəkilən saytların bloklanması barədə mərkəz mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu