Kök meyit krematoriyada yanğına səbəb oldu




Amerikanın Sinsinnati şəhərindəki (Ohayo ştatı) krematoriyada yanğın baş verib.



AFN bildirir ki, olay barədə WCPO agentliyi məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, hadisə köklükdən əziyyət çəkən insanın meyiti yandırılarkən baş verib. “Bədən həddən ziyadə tosqun idi və görünür meyit avadanlığın hesablandığı səviyyədən daha güclü yanmağa başladı”, - o, belə söyləyib.
Sinsinnati yanğından mühafizə dəstəsinin rəhbəri Maykl Uoşinqtonun izahına görə, piyin yanması zamanı nəzərdə tutulan temperatur norması çox yüksəlib və nəticədə alov digər konteynerlərə də yayılıb.
Yanğın söndürənlər alovu iki saat ərzində söndürə biliblər. Krematoriya elə də ciddi zədələnməyib, hazırda öz fəaliyyətini davam etdirir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu