Azərbaycan torpaqları neçənci illərdə və nəyin nəticəsində itirildi?- xronologiya




1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan 5 haziran müqaviləsi nəticəsində Mosul, Kərkük, Ərbil, Süleymaniyyə elləri İraqın tabeçiliyinə verilmişdir.



1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georqiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı mahali Rusiya ərazisinə qatılmışdır.
1920-ci ildən sonra rəsmi olaraq Borçalı Gürcüstan əsarətində qaldi.
1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv. km. olan Dərbənd, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonlar Dağıstan vilayətinə birləşdirildi.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan hökuməti Rusiyanın təzyiqi ilə qərar qəbul edərək İrəvan quberniyasının böyük bir hissəsini, təxminən 9 min kv. km-lik bir ərazini ermənilərə güzəştə gedir. (Türk əhalisi köçürülmə və soyqırıma uğramasın deyə məcburən bu qərar qabul edilmişdir).
1920-ci ilin aprelində Azərbaycanın bir hissəsində qurulan Azərbaycan Demokratik Cümhuriyyətini işğal edən Rus sovet imperiyasının 1 dekabr bəyanatına əsasən Zəngəzurun bir hissəsi (4505 kv.km.) Qafan, Gorus, Sisyan və Muğru Ermənistana birləşdirildi.
1920-ci illərin ortalarında Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistan ərazisinə birləşdirildi.
1992-ci ildə Göyçə hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər nahiyələri Ermənistanın inzibati ərazisinə qatılıb.
1922-ci ildə Dərələyəz ərazisi ermənilərə verilib.
1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaranması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın digər rayonlarından aralı salınıb.
1934-cü ildə Azərbaycanın Arazdan cənubda olan ərazilərində Qacar türk dövlətinin Pəhləvilər tərəfindən devrilməsi nəticəsində hakimiyyət farsların əlinə keçir. Bununla da Azərbaycanın bu əraziləri farslar tərəfindən işğal edilmiş olur.
1938-ci ildə martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər ermənilərə verildi.
1938-ci ildə Zəncan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq müstəqil quberniya yaradıldı.
1943-cü ildə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər Marağa, Sınıqqala, Həmədan. Sənəndəc və digər ərazilərdə Müstəqil Kürd dövləti yaratdılar. İnqilabın süqutundan sonra isə bu ərazidə kürd ostanlığı yaradıldı.
1952-ci ildə Gilan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq Gilan ostanlığı yaradıldı.
1954-cü ildə Astara və kəndləri Şərqi Azərbaycandan ayrılaraq Gilan ostanlığına birləşdirildi.
1980-ci illərin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Erənistana verildi.
1982-ildə Qazağın Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüçlərinin bir qismi də Ermənistan ərazisinə qatılıb.

1988-94-cü illər Dağlıq Qarabağın işğal tarixini əhatə edir. Bu dövrdə işğal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir:

XANKƏNDİ (26.12.1991)

XOCALI (26.02.1992)

ŞUŞA (08.05.1992)

LAÇIN (17.05.1992)

XOCAVƏND (02.10.1992)

KƏLBƏCƏR (3-4.04.1993)

AĞDƏRƏ (07.07.1993)

AĞDAM (23.07.1993)

CƏBRAYIL (23.08.1993)

FÜZULİ (23.08.1993)

QUBADLI (31.08.1993)

ZƏNGİLAN (30.10.1993)



Müstəqil Politoloq, BDAT Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Baş katibi Umuxanım Hüseynzadə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu