Bakıda ruhi əsəb dispanserində iki xəstə öldü Bakıda ruhi əsəb dispanserində iki xəstə öldü




Bakıda ruhi əsəb dispanserində müalicə olunan iki xəstə dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində qeydə alınıb.

Dispanserdə müalicə olunan 60 yaşlı Viktor Nikolayeviç və 51 yaşlı Mürvətov İlqar Mehdi oğlu ilkin ehtimala görə, uzun sürən xəstəlikdən ölüb.

Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu