Az.Tv-nin Ukraynadakı müxbirinin adı qara siyahıda: Alışanov niyə susur?




O, heç kimi saymır. Ukraynada yaşayan və fəaliyyət göstərən nüfuzlu azərbaycanlıları belə öz əməlləri ilə Azərbaycan dövlətindən, dövlətçiliyindən uzaq salıb. Bu ölkədə yaşayan azərbaycanlı ziyalılar, iş adamları, hətta sıravi vətəndaşlar belə dəfələrlə Az.TV sədri hörmətli Arif Alışanova müraciət ediblər, bu adamın o boyda Milli Televiziyaya ləkə olduğunu deyiblər, amma hələ də tədbir görülmür...

Söhbət AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovdan gedir. O Aslanovdan ki adı rəsmən terrorçu elan edilmiş FETO-çulardan tutmuş ən ağlasığmaz qalmaqallara qədər nədə desən, hallanır.

Kiyevdəki mənbəmizin AFN-ə verdiyi bilgiyə görə, Aslanovun FETO-çu camiyə ilə ilk əlaqəsi Ukrayna Gənc Azərbaycanlıları İttifaqının yaranmasıyla başladı. Məhz Bakıdan, Elnur Aslanov və Ceyhun Osmanlıdan maddi dəstək alan Aslanov Az.TV-nin Ukraynada onunla birgə çalışan operatoru Anar Tahirovu bu quruma sədr gətirə bildi. Tezliklə bu və ya digər tədbir adı altında azərbaycanlı tələbələri bir araya gətirən nurçuların Bakıdan hörmətli qonaqları da gəlməyə başladı. Həmin vaxtlar millət vəkili olan Ceyhun Osmanlı demək olar ki, ayda bir dəfə Elnur Aslanovun göstərişiylə yolunu Kiyevdən salmağa başladı. Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı və xəbəri olmadan elan edilən, ilk vaxtlar qeydiyyatdan keçmədiyi halda fəaliyyət göstərən bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı ilə fəaliyyət göstərirdi. Nurçu sektasının Ukrayna nümayəndələri Ukraynadakı dövlətinə sadiq azərbaycanlı gəncləri müxtəlif üsullarla yolundan çıxarmağa çalışır, onlarda dövlətlərinə inamsızlıq yaratmaq üçün hər cür əmələ əl atırlar. Əslində A. Tahirov xaraktercə iddiasız, loru dildə desək “tikansız” adamdır. O məhz Mövsüm Aslanovun “zibilinə düşmüşdü” və indiyəcən də bu sektadan çıxa bilmir. Mövsüm Aslanovun iddiası və niyyəti barədə isə artıq hər kəs məlumatlıdır. Gizlin deyil ki, o, vaxtı ilə burada səfir olan, hazırda Diaspor Komitəsinə rəhbərlik edən Nazim İbrahimova, o cümlədən dostu Elnur Aslanova qarşı olan şəxslərə qarşı barışmaz mövqedədir və əlinə keçən hər fürsətdən, hər adamdan buna qarşı istifadə edir. Məhz onun fəaliyyəti ucbatından Az.TV-də Ukrayna azərbaycanlılarının fəaliyyəti tam işıqlandırılmır. Elə bir qədər əvvəl Ukrayna azərbaycanlıları cənab Arif Alışanova müraciət edərək onun barəsində tədbir görməsini xahiş etmişdilər. Hətta cənab sədri Kiyevə dəvət edərək baş verənləri, real vəziyyəti öz gözüylə görməsini xahiş etmişdilər.

Əslində onun hərəkətləri barədə Bakıda artıq xəbərdar idilər. Bir tərəfdən də rəsmi Bakının FETO olaylarına həssas yanaşması göz önündə. Bizdə olan məlumata görə, Aslanovun adı artıq qara siyahıdadır. Və bu məsələdən Arif Alışanovun da xəbəri var.



FETO məsələsinə qayıdacağıq. İndi isə bir qədər əvvəl baş vermiş başqa bir hadisəni xatırlayaq. Yadınızdadırsa, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərində xoşagəlməz münasibətlə üzləşmişdi. Belə ki, səfir Azər Xudiyev, AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov və yerli diaspora liderlərindən biri Xarkovda pivəxanada yeyib-içiblər. Daha sonra isə bər sərxoş olublar. Həmin məkanın sahibi azərbaycanlıları oradan zorla çıxarıb.

Pivəxana sahibi səbəb kimi onların həddən çox içkili vəziyyətdə olmasını göstərib. Mənbəmizin dediyinə görə, əslində səfirin belə vəziyyət düşməsinin səbəbkarı da məhz Aslanov olub. O, sanki səfirə tələ qurub, gözdən salaraq özündən asılı vəziyyətə gətirmək istəyib. Yəni onun niyyəti də elə bu imiş. Həmin xəbərin Azərbaycanda tirajlanmasını da özü təşkil edib. Hətta öz adının hallanmasına baxmayaraq.

Düzdür, hörmətli səfir sonradan deyilənləri təkzib etmişdi. Amma Xarkovdakı pivəxanada baş verənlər barədə istər Ukrayna, istərsə də Azərbaycan mətbuatı çeşidli xəbərlər yaymışdı. Bundan sonra ümumiyyətlə bu məsələyə toxunmaq istəməmişdilər, sanki yaddan çıxmasını arzulamışdılar.

Mənbənin dediyinə görə, olduqca ziyalı adam olan səfirin özü də Aslanovdan yaxa qurtarmaq istəyir. Çünki gözəl bilir ki, reputasiyası ancaq qalmaqal yaratmaq, Ukraynadakı azərbaycanlıları bölmək olan Az.TV müxbiri ilə sıx ilişkilər onun imicinə böyük ziyan vuracaq.

İndi yenidən qayıdaq nurçu məsələsinə. Daha bir maraqlı məqama. Aslanovun adının qara siyahıda olması Bakıda heç kimə sirr deyil. Kiyevdəki mənbəmizin dediyinə görə, təkcə sonuncu müraciət yox, ümumiyyətlə AzTV-nin Ukraynadakı nümayəndəsinin yalan və şərlərindən təngə gələn diaspor nümayəndələrinin Arif Alışanova onun vəzifəsindən geri çağırılması ilə bağlı son 6-7 ildə dəfələrlə etdikləri kollektiv müraciətlər son anda nurçuların köməyilə nəticəsiz qalıb. Mövsüm Aslanov isə deyir ki, “hər şeyi boş verin, Arif müəllimin kürəkəni Orxan Əkbərov mənim dostumdur, mənə heç kim heç nə edə bilməz”. Hələ onu da deyir ki, “mənim arxamda Elsevər (Az.TV sədrinin müavini Elsevər Dünyamalıyev) dayanıb. Hər il Ukraynada qonağım olur. Nəyi var hörmətin edirəm”.

Bir sözlə, adam Az.TV rəhbərliyinə çamur atmaqla özünü təmizə çıxarmaq istəyir.

Maraqlı məqamlardan biri də bu nurçu çetesinin yenə də Kiyevdə at oynatmasıdır. Təsəvvür edin, Milli Məclisin eks-deputatı, artıq bir neçə ildir Ukraynada biznesini genişləndirən Ceyhun Osmanlı tez-tez Kiyevə səfərlər edərək məxfi görüşlər keçirir. Bu barədə yerli Azərbaycan icması səfir Azər Xudiyevə də mesajlar göndərərək, Azərbaycan dövlətinin də terrorçu qurum kimi tanıdığı FETO camiyyəsinin bu üzvlərindən uzaq durmasını xatırladıblar. Əslində Azər Xudievin olduqca saf və səmimi olmasından məharətlə istifadə edilməsi buna zəmin yaradıb. Cənab səfirin də onların kimliyindən, fəaliyyətindən xəbəri var, məlumatlıdır.

Bu arada Ukraynadakı azərbaycanlılar cənab Alışanovdan bir neçə suala da cavab verməsini rica edirlər:

Hörmətli sədr, adı qalmaqallarda hallanan müxbirinizin fəaliyyətini yoxlamaq istərdinizmi?
Adı Azərbaycan iqtidarının belə düşmən siyahısında olan FETO hörgütüylə hallanan müxbirinizin Kiyevdəki işləklərindən xəbəriniz varmı?
Doğrudanmı o nəhənglikdə və tarixi olan bir telekanalın Ukraynada təmsil etməyə başqa bir müxbiri yoxdur?
Axı bu Az.TV-dir Azərbaycan dövlətinin simasıdır…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu