Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsindən narazıdır?




Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev yeni post eşqinə düşüb. Bir müddət əvvəl onun Tərtərin icra hakimi olmaq istədiyi haqda məlumatlar mətbuata çıxmışdı. Yeni xəbərə görə isə Bərdənin maliyyə rəisi icra başçısı olmaq üçün perskepktiv olmadığını anlayıb. Onun regional maliyyə idarəsi rəisi olmağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, rəis Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğludur. Onun həm də Yevlaxın icra başçısı Qoca Səmədovun qohumu olduğu bildirilir. İcra başçıları ilə qohum olan maliyyə rəisi nazir Samir Şərifovun onu regional idarə rəisi qoyacağına ümid edir. Ancaq hələ ki, struktur islahatı başlamayıb.
Məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır. Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevdən anonim məktublar ünvanlayır. Büdcə təşkilatları Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə yazırlar.
Daxil olan məlumatda iddia olunur ki, məmurları boğaza yığan maliyyə rəisi haqda ölçü götürülməsi xahiş edilir.
Məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə təyinat aldıqdan sonra sələfi Rza Əliyevə rəhmət oxudur. Mehman Allahverdiyevin dövründə vəziyyət daha da pisləşib. M.Allahverdiyev büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq.
Odur ki, hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.
Məlumatlara görə, M. Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir. Onların ünvanına çatdırır ki, Gəncənin icra başçısı tərəfindən mühafizə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu