Şirkət maşınımı girov götürüb- ŞİKAYƏT




Qazax rayon sakini, YAP-ın üzvü, həkim Yusubov Mahir Şahvələd oğlu Abşeron rayonunda yerləşən "Sirena MMC"-dən şikayətçidir.

Bu barədə AFN-ə göndərdiyi şikayət məktubunda M.Yusubov özü bildidirb. Onun sözlərinə görə, 2013-cü ilin noyabr ayında "Sirena MMC"-dən dəyəri 14.800 AZN olan CHANGAN EADO avtomobilini 3 illik kredit yolu ilə alıb: "İlkin ödəniş olaraq mən 2500 AZN nəğd pul ödədim. Sonrakı dövrdə 20 ay ardıcıl 533 AZN olmaqla 10.660 man "Sirena MMC"-yə pul ödədim. Beləliklə, ilkin ödənişlə birgə ödədiyim məbləğ 13.160 AZN təşkil edib.

2015-ci ilin avqus ayında cari ödənişimi etdikdən sonra mən qalan borcumu tam ödəmək istədikdə "Sirena MMC"-dən mənə bildirdilər ki sən cəmi 9.100 AZN pul ödəmisən. Lakin mən onlarla razılaşmadım və əlimdəki qəbzlərə əsasən 13.160 AZN indiyədək pul ödədiyimi bildirdim. Bundan sonra aramızda mübahisə yarandı və "Sirena MMC" Qazax məhkəməsinə müraciət etdi.

2016-cı ilin oktyabr ayında avtomobildə yaranmış nasazlığa görə mən həmin avtomobili "Sirena MMC"-nin təmir sexinə apardım. Təmir olunduqdan sonra həmin avtomobili mənə vermədilər. Artıq 8 aydır ki, "Sirena MMC" həmin avtomobili özündə saxlayır.

Qazax məhkəməsi mübahisəni aradan götürmək üçün Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasını təyin etdi. Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mənim ödənişlərimi rəsmi olaraq təsdiq etdi. Qazax məhkəməsinin çıxardığı qətnamədə həmin avtomobilin ümumi dəyərinin əsas hissəsi ödənildiyi üçün "Sirena MMC"-nin həmin avtomobilin məndən alınmasını ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirdi. Lakin "Sirena MMC" məhkəmə qətnaməsini nəzərə almadı və həmin avtomobili bu günə qədərdə özündə girov saxlayıb. "Sirena MMC"-nin məhkəmə qərarına biganə yanaşması mənə əsas verir deyim ki, "Sirena MMC"-nin arxasında hansısa səlahiyyətli məmur dayanır. Məhz buna görədə onlar məhkəmə qərarlarını nəzərə almırlar.

Hörmətli cənab Prezident! "Sirena MMC" məndən savayı bir çox müştəriləriylə bu cür davrandığı barədə mətbuatda həmdə ictimayyət arasında faktlar var. Sizdən xahiş edirəm "Sirena MMC"-nin özbaşınalıqlarına son qoyulması üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu