DCİY İB-dən Leyla Əliyeva haqqında təklif





24 may 2017-ci il tarixində “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin baş ofisində İB-nin idarə heyəti ilə üzvləri arasında növbəti yığıncağı keçirilmişdir.



AFN xəbər verir ki, görüşdə ölkəmizin mövcud ictimai-siyasi durumuna dair bir neçə məsələlər müzakirə edilmiş, bu istiqamətlərdə vətəndaş cəmiyyəti olaraq atılması lazım bilinən addımlar müəyyən edilmişdir. Çıxışlar zamanı müzakirə edilən məsələlərdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi olmuşdur. DCİY İB-nin sədri Əsgər Məmmədov çıxışı zamanı Mehriban xanım Əliyevanın Xəzər rayonu, eləcə də ölkəmiz üçün bu günə qədər olan fəaliyyətindən geniş söhbət açmış, onun birinci vitse-prezident seçilməsi səbəbilə xitam verilən 14 saylı Xəzər rayon ikinci seçki dairəsindən olan deputatlıq fəaliyyətinin ən layiqli davamçısının Leyla xanım Əliyeva ola biləcəyi təklifini irəli sürmüşdür.
Daha sonra sədr müavinləri Vadim Korolyev, Tural Məmmədov, idarə heyəti üzvləri professor Hüseyn Məmmədov, hüquqşünas Çingiz Nəcəfli çıxış etmiş, Leyla xanım Əliyevanın gənclərimiz, ölkəmiz, milli dəyərlərimiz, üçün gördüyü işlər yığıncaq iştirakçılarına bir daha xatırladılmışdır.
Sədr müavini Vadim Korolyev çıxışı zamanı əminliklə vurğulamışdır ki, əgər Leyla xanım deputatlıq mandatına sahib olarsa bu vəzifənin öhdəsindən layiqincə gələcək, gənclərimiz üçün nümunə ola biləcək fəaliyyətindən daha birini bizə göstərəcəkdir.
Professor Hüseyn Məmmədov çıxışı zamanı verilən təklifə öz müsbət rəyini bildirmiş, bu təklif qəbul olunarsa Leyla xanım Əliyevanın namizədliyinin irəli sürüləcəyi təqdirdə onu, vəkili olaraq təmsil etməyə böyük məmnuniyyətlə hazır, bu sahədə təcrübəli üzvlərin olduğunu da qeyd etmişdir. Verilən təkliflər yığıncaq üzvləri tərəfindən rəğbətlə qarşılanmış, belə bir qərarın tək Xəzər rayonu üçün deyil, eyni zamanda ölkəmizin inkişafında yeni addım olacağı yığıncaq üzvləri tərəfindən təsdiqlənmiş, bu təklif haqqda müvafiq dövlət orqanlarına müraciət edilməsi qərara alınmışdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu