Leyla Əliyevanın deputat seçilməsi təklifinin yaranma səbəbi açıqlandı




“Bizim bu gün Leyla Əliyevanın deputat fəaliyyətinə başlamasını təklif kimi ictimaiyyətə bəyan etməyimizin tək səbəbi onun Azərbaycan gənci olaraq bu günə qədər göstərdiyi ictimai fəaliyyətidir”.

Bu sözləri bir neçə gün əvvəl Leyla Əliyevanın Mehriban Əliyanın əvəzinə deputat seçilməsi təklifini irəli sürən Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyinin sədri Əsgər Məmmədov öz açıqlamasında bildirmişdir. O qeyd etmişdir ki, Leyla Əliyevanın fəaliyyətini nəzərə alarsaq onun hansısa bir dairədən deputat mandatına sahib olması həmin ərazinin ancaq inkişafına səbəb olar bilər.
“Bizim məqsədimiz vətəndaş cəmiyyəti olaraq xalqımız üçün ən yaxşı olanı seçmək, xalqımınız rifahı üçün çalışmaq, mümkün inkişaf istiqamətlərini ictimaiyyətə bildirməkdir. Biz Leyla xanımın bu günə qədər olan fəaliyyətlərinə nəzər salsaq görərik ki, dövlət qarşısında heç bir öhdəliyi olmadığı təqdirdə, sadə vətəndaş olaraq millətimiz üçün nə qədər böyük nailiyyətlərə imza atmışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 2008-ci ildə başladılan Xocalıya Ədalət kampaniyasının fəaliyyəti nəticəsində xalqımızın qan yaddaşı olan Xocalı soyqırımını Pakistan və Sudan tam səviyyədə qətliam kimi, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlament səviyyəsində qətliam kimi tanımış, ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul etmişdir. Bundan əlavə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Baku jurnalını təsisçisi və həmin jurnalın baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq mətbuatda işıqlandırılan və işıqlandırılmayan yüzlərlə layihəni, təbliğat kampaniyasını, xeyriyyəçilik işlərini həyata keçirmiş bir şəxs üçün deputat mandatını qazanmaq demək olar ki, gecikmişdir də. Leyla xanımın fəaliyyəti onun, Mehriban xanım Əliyevanın layiqli davamçısı olacağını isbat edən şərhsiz sübutdur. Biz əmin ki, Xəzər rayon 14 saylı seçki dairəsi ərazisində yaşayan vətəndaşlarımız da bu məsələnin əsl mahiyyətinin onların işıqlı gələcəyi olmasını bilirlər və vətəndaş olaraq da öz dəstəklərini göstərəcəklər”- deyə Əsgər Məmmədov bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu