“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın 27–ci iclası yekunlaşıb (FOTOLAR)

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 12:21    |    Xəbər oxunub: 562 dəfə
“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın 27–ci iclası yekunlaşıb



Amerika Birləşmiş Ştatlarının Nyu – York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclası işini yekunlaşdırıb.



Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın təmsil olunduğu mötəbər tədbirdə Azərbaycan Respublikasının ilk dəfə iştirakı müsbət dəyərləndirilərək əminliklə vurğulanıb ki, bu iştirak gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz uğurlu töfhəsini verəcək.

Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982 – ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulması, Dəniz Dibi üzrə Beynəlxalq Orqanın Baş katibi cənab Maykl Loc tərəfindən yüksək qiymətləndirildi.

İclasda, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçilib, xarici auditorun 2015 – 2016 cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015 – 2016 cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə Baş katibin hesabatı dinlənilib, rəsmi sənədlərə dair BMT – nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26 – cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşklatların siyahısı, BMT – nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın bir sıra iştirakçı dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın 27–ci iclası yekunlaşıb

“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın 27–ci iclası yekunlaşıb




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur