Qənirə Paşayeva Qədirli və Cilovdarlı kəndlərində sakinlərlə görüşüb- FOTOLAR






Millət vəkili Q.Paşayeva güclü dolu və yağışın zərər vurduğu Tovuzun Qədirli və Cilovdarlı kəndlərini ziyarət edib, evlərə baş çəkib, sakinlərlə söhbət edib.



Millət vəkili Q. Paşayevaya və Tovuz rayon icra hakimiyyəti rəsmilərinə güclü dolu nəticəsində evlərinin dam örtüyünün yararsız vəziyyətə düşməsini göstərən bir çox sakinlər bildiriblər ki, yağacaq adi bir yağış evlərin içərisini də ağır vəziyyətdə qoya bilər. Kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolandıqlarını deyən kənd sakinləri güclü dolunun əkinlərinə də böyük zərər vurduğunu deyərək ən azı evlərinin dam örtüyünün düzəlməsi istiqamətində dövlət qurumlarından dam örtüyü üçün şifer materiallarla dəstək göstərilməsini xahiş ediblər. Bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyəti başçısı və millət vəkili olaraq o, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə vəziyyətlə bağlı məlumat veriblər və kömək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortalamağa çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlara geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva Qədirli və Cilovdarlı kəndlərini ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda hər iki kənddə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.






























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu