Buzovna sakinləri "Azərsu"nun qarşısında aksiya keçiriblər- VİDEO




Xəzər rayonu Buzovna qəsəbəsi Adil Musayev küçəsi ev 16-da yerləşən əraziyə 50 ildir su gəlmir. Albalıq dairəsinə düşən ərazinin sakinləri deyirlər ki, 2012-ci ildən döymədikləri qapı qalmayıb, dəfələrlə "Azərsu" ASC-də olublar, amma faydası yoxdur.

Elə bu məsələ ilə bağlı da ötən həftə "Azərsu" ASC-nin qarşısında aksiya keçiriblər: "Gündəlik içməli suyu şəxsi vəsaitimizlə alırıq. İndi isə maşını 15 manata evimizə gətizdirib birtəhər yola veririk. Lakin nə vaxta qədər? Biz də rahat yaşamaq istəyirik. Bizim məhlədə böyük vətən müharibəsi, əlil, şəhid, eləcə də körpəli ailələr yaşayır. Dəfələrlə bələdiyyəyə, rayon su idarəsinə müraciət etsək də yenə də bizi it yerinə qoyan olmadı. Halbuki, cənab Prezident hər tərəfə şirin suyun çəkilməsinə göstəriş verib. 2017-ci il fevralın 24-də prezident İlham Əliyevin sərəncamı ilə əhalinin içməli su ilə təminatına 16 milyon manat. 2017-ci il iyunun 5-də isə daha 10,5 milyon manat ayırıb. Toplam 26,5 milyon. İndi sual edirik, hara gedib bu pullar? Bizdən "Azərsu"nun əməkdaşı əvvəl 200 manat, sonra isə 500 manat suyun çəkilməsinə görə rüşvət tələb edir. Kim pulunu verir ona çəkirlər. Xəzər Rayon İcra Hakimiyyəti, "Azərsu" ASC nin rəhbəri Qorxmaz Hüseyinov bilsin ki, bir gün onlar da buna görə cavab verəcəklər".

[media=https://www.youtube.com/watch?v=hEecpo18RSc]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu