Bakıda satılan mənzillərin 30 faizinin sənədi yoxdur





Nə qədər riskli olduğu deyilsə də, hələ də mənzil bazarında mülkiyyəti təsdiq edən sənədi, yəni kupçası olmayan mənzillərə üstünlük verənlər var.

Xezerxeber.az bildirir ki, dövlət reyestrindən çıxarışı olmayan istər bina, istərsə də həyət evlərinin qiyməti əksəriyyət üçün sərfəlidir.

Rieltorlar Assossiasiyasının rəhbəri Vəfadar Axundov deyir ki, çıxarışı olmayan mənzillərlə bütün sənədləri qaydasında olan mənzillər arasında təxminən 20- 30 faiz fərq olur. Bu tendensiya şəhərin bütün zonalarında müşahidə edilir. Belə ki, paytaxtın mərkəzində, eləcə də ətraf qəsəbə və kəndlərdə də bu fərq saxlanılır.

Ekspertin sözlərinə görə, sənədsiz bina və həyət evləri arasında da kəskin fərq var. Ən ucuz qiymətə təklif edilənlər məhz sənədsiz həyət evləridir.

Mütəxəssislər deyirlər ki, hər nə qədər sərfəli hesab edilsə də, çıxarışı olan mənzillərin alınmasına üstünlük verilməlidir. Çünki sənədləri qaydasında olmayan və qeydiyyatı aparılmayan mənzillərlə bağlı hər zaman müxtəlif problemlər ortaya çıxa bilər. Ən böyük problemin həmin məzilin bir neçə nəfərə satılması ola bilər ki, vətəndaşlar belə vəziyyətlə bir sıra hallarda qarşılaşıblar. Digər tərəfdən, sənədsiz mənzillərin tikildiyi ərazi müxtəlif qurumlara aid ola, yaxud mühafizə zolağına düşə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu