DİN-dən təhqir videosu yayılanla bağlı məlumat- Tutulanlar var




Ötən gündən etibarən sosial şəbəkələrdə və xəbər saytlarında bir nəfərə qarşı zorakılıq yolu ilə şəxsiyyətinin təhqir olunması və ondan pul tələb edilməsi barədə video yayımlanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin video hələ yayımlanmazdan əvvəl cinayət hadisəsini törədən şəxslər müəyyən edilərək saxlanılıb.

Vətəndaş B.Məmmədova qarşı şəxsiyyətin alçaldılmasına cəhd edərək zorakılıq törətməklə ondan pul, mobil telefon, təqaüd kartı verməyi tələb ediblər.

B.Məmmədovun şikayəti əsasında Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədənlərin E.Yusifov və Z.Mustafayev olduğunu müəyyən edib, həmin şəxslər saxlanılıb.

Qeyd edək ki, artıq faktla bağlı cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu