“Neptun” Supermarketlər Şəbəkəsi də Rza Zərraba aiddir?- İDDİA

Xəbərin çap versiyası
Tarix: 14-12-2017, 00:24    |    Xəbər oxunub: 1 493 dəfə
“Neptun” Supermarketlər Şəbəkəsi də Rza Zərraba aiddir?-


Rza Zərrabın həbsindən dolayı Neptun Supermarketlər Şəbəkəsinin də iflas ediləcəyi istisna edilmir.



Xəbər verdiyimiz kimi, hazırda ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabın bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib.

Belə ki, Zərabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib. Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.

Azərbaycanda ən məşhur banklardan biri olan "Bank of Baku”nun 40 faiz səhmdarı "NAB Holdinq” şirkətinə məxsusdur. «NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir.

Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir. Lakin şirkət rəhbərləri bunun Rza Zərrabla heç bir kommersiya əlaqəsi olmadığını bildirib.

Şirkət rəhbəri Omid Eromi baş verənlərdən narahat olduqlarını deyib: "Yanlış məlumat ola bilər. Mənim və şirkətimizin Zarrabla kommersiya heç bir əlaqəsi yoxdur. Özünü də son on ildə bir iki dəfə görmüşəm. Bu danışıqlar da təşkil olunan dəvətlərdəki qarşılaşmalar şəkilində olub".

Amma Türkiyə hüquq mühafizə orqanları bu holdinqin də Rza Zərrabla bağlı olduğuna israrlıdır. Bu şirkətə Rza Zərrabın əmisi Omid Mohaghegh Oromini və onun oğlu Şahram Mohaghegh Oromi rəhbərlik etdiyi üçün bu fakt sübuta yetirilir.

İddialardan sonra Rza Zərrabın bacısı əri Ş.Eromi "NAB Holdinq”in idarə heyəti üzvlüyündən də gedib.

«NAB Holding» Azərbaycanda "Auto Azerbaijan" avtomobil şirkətinə də nəzarət edir. Ölkəmizdə "Hyundai” markalı avtomobillərin və sərnişin avtobuslarının eksklüziv rəsmi distribyutorudur.

Bununla belə, "Baku Electronics" şirkətinin sahibi və Samsung, Siemens, Bosch, Tefal, Nintendo, Moulinex, Sony, LG, Electrolux və Canon markaları ilə yanaşı və digər elektron avadanlıqlarının 80-a yaxın markasının rəsmi distribütorluğunu həyata keçirir və Azərbaycanda bu markalar istehlakçılara 50-dən çox satış nöqtəsi təklif edir.

Bununla belə, Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan "Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir. "Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.

Məlumatda qeyd edilir ki, bütün bu şirkətlərlə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və yaxın günlərdə R.Zərrabın Azərbaycandakı bu mülkləri də əlindən alınacağı iddia edirlir./unikal.org

Rza Zərrabın Azərbaycanda olan mülklərindən biri də “Neptun” Supermarketlər Şəbəkəsi olduğu iddia olunur. Məlumatda qeyd olunur ki, SOLİTON şirkəti vasitəsi ilə Rza Zərrab milyonlarla vəsaitin dövriyyəsini yaratmağa nail olub. Daxil olan məlumatda o da qeyd olunur ki, Rza Zərrabın həbsindən dolayı Neptun Supermarketlər Şəbəkəsinin də iflas ediləcəyi istisna edilmir. Məsələ ilə bağlı Neptunun saytında göstərilən nömrələrlə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

Buna baxmayaraq bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. (interpress.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur