Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə


Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə


Azərbaycan Cümhuriyyətinin 100 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq, “Azərbaycanca Vikipediya”da cümhuriyyətin bu günə qədər olmayan bəzi tanınmış şəxsiyyətlərinin məqalələri yaradılır və ya yarımçıq qalmış məqalələr redaktə edilir.



Belə şəxsiyyətlərdən biri Azərbaycan Demokratik Respublikası ordusunun hərbçisi, general-mayor Feyzulla mirzə Qovanlı-Qacardır. Onun haqqında “Azərbaycanca Vikipediya"da bir müddət əvvəl yaradılan məqalə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən əsaslı redaktə ilə genişləndirilib.
Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilib.
1899-cu ilin martın 15 leytenant rütbəsi alıb. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunub. 1903-cü ilin martın 15 qərargah rotmistri rütbəsini alır. Müxtəlif illərdə başqa yerlərdə xidmətini davam etdirən Mirzə Feyzulla Qacar 1918-ci ilin yaz və yayında Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuri Paşanın rəhbərlik etdiyi yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə qatılıb.
General-mayor Mirzə Feyzulla Qacar kavaleriya inspektoru vəzifəsinə təyin edilir. 1918-ci ilin dekabrın 23-ü Azərbaycan Demokratik Respublikasının (ADR) süvari diviziyasının komandiri təyin edilir. 1919-cu ilin yanvarın 9-u ADR-in Hərbiyyə naziri artilleriya genearlı Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri təyin edilib
Məlumatlara görə, Azərbaycanın sovet işğalına uğramasından sonra və Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnib.

Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Feyzulla_mirz%C9%99_Qovanl%C4%B1-Qacar linkində tanış olmaq mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu