ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-12-2017, 15:09    |    Xəbər oxunub: 556 dəfə
ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi-


Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri bu gün Dövlət Dəniz Administrasiyasının rəsmiləri ilə görüşüblər.



Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsinin nümayəndələrinin də iştirak etdiyi görüşdə ilk olaraq Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanışlıq oldu. Qonaqlara məlumat verildi ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2014-cü il tarixli 338 nömrəli sərəncamına əsasən ölkəmizin ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin 23 may 2014-cü il tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən adıçəkilən Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərməkdədir.

Dövlət Dəniz Administrasiyasının rəsmiləri bildirdilər ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları – Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Qonaqlara həmçinin Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsinin Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzi ilə birgə əməkdaşlığı barədə məlumat verilərək əldə edilən uğurlu nəticələr diqqətə çatdırıldı. Dövlət qurumlarının birgə əməkdaşlığını yüksək qiymətləndirən qonaqlara “Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi”nin öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstün olması, Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislərin xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçməsi barədə də məlumat verildi.

Daha sonra Azərbaycan Respublikasında Hidroqrafiya Xidmətinin imkanlarının dəyərləndirilməsi, ölkəmizin Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi məqsədilə keçirilən tədbirlər və bu istiqamətdə görülən işlər barədə müzakirələr aparıldı. Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin imkanlarını yüksək qiymətləndirən qonaqlar Milli Mərkəzlə tanışlıq zamanı onlarda yaranan təəssüratları və əldə etdikləri məlumatları hesabatlarında xüsusi vurğulayacaqlarını dedilər.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi-
ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi-
ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi-
ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi-
ARDDA-nın imkanları beynəlxalq qrup tərəfindən yüksək qiymətləndirildi-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur