AFN.AZ / Səngəçalda yenə partlayış oldu-

Səngəçalda yenə partlayış oldu-

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinə yaxın ərtazidə yenidən partlayış olub.

AFN xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, hadisə az əvvəl baş verib.

Mirvari xanım AFN-ə açıqlamasında bildirib ki, qəsəbədə yaşayan insanlar qorxu içərisində evlərini tərk ediblər: "Sakinlərdən bəziləri mənimlə əlaqə saxlayıb bildirdilər ki, qorxu içərisindədirlər. Həyatlarına hər an təhlükə var. Ümumiyyətlə, insanların orada yaşaması nə qədər doğrudur? Bu sual araşdırılmalıdır. Yəni, orada həm qaz emalı zavodu var, həm də yüksək təzyiqli qaz xətləri keçir. Yerli əhali daima narahatlıq içindədir. Qaz emalı zavodu evlərlə üzbəüzdür. Düşünürəm ki, o ərazi həm də ekoloji cəhətdən çirkli ərazidir". M.Qəhrəmanlı yerli sakinlərə istinadən onu da bildirdi ki, ərazidə təxminən 160 ailə yaşayır.

[media=https://www.youtube.com/watch?v=VrCLTcrXrw4&feature=player_embedded]

Səngəçalda yenə partlayış oldu-





10-01-2017, 21:47
Geri qayıt