AFN.AZ / Bakı və Sumqayıtın bir hissəsində qaz yoxdur

Bakı və Sumqayıtın bir hissəsində qaz yoxdur

Bakı və Sumqayıt şəhərində qazın verilişində problem yaranıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, diametri 530 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi, VII və VIII mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
11-01-2017, 11:15
Geri qayıt