AFN.AZ / Bakı – Gəncə təyyarə reysləri ləğv olundu

Bakı – Gəncə təyyarə reysləri ləğv olundu

Bakı-Gəncə- Bakı aviareysləri üzrə uçuşlar ləğv edilib.

Bu barədə “Qafqazinfo”ya sərnişinlər məlumat verib. Onlar ölkənin ikinci böyük şəhərinə uçuşların dayandırılmasına etiraz edirlər. Bildirirlər ki, uçuşların ləğv edilməsinin səbəbi barədə AZAL açıqlama vermir.

Sayt məsələ ilə bağlı AZAL Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxlayıb. O bildirib ki, kommersiya ilə bağlı səmərəli olmadığı üçün yanvarın 9-dan etibarən bu istiqamətdə uşuşların ləğv edilməsinə qərar verilib.
12-01-2017, 14:10
Geri qayıt