Agdaban.az saytının təqdimatı olub- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 29-06-2017, 17:04    |    Xəbər oxunub: 1 266 dəfə
Agdaban.az saytının təqdimatı olub-


Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.Agdaban.az (en.Agdaban.az) informasiya mərkəzinin yaradılması” layihəsinin həyata keçirilməsinin əsas məqsədi aprel ayında baş verən bu dəhşətli olay barədə gəncləri məlumatlandırmaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov açaraq tarix boyü erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışdı. H.Misirov təmsil etdiyi QHT-nin bu istiqamətdə illərdir təbliğat işinin aparıldığını dedi: "Mən ilk növbədə millət vəkili Cavid Qurbanov adından hər birinizi salamlayıram. Bizim təşkilatın sədri, dəyərli ziyalımız Qənbər Qurbanovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq neçə illərdir ki, bu soyqırım haqqında silsilə tədbirlər reallaşdırılır"
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Ağdaban soyqırımının insanlığa, bəşəriyyətə qarşı törədilən etnik təmizləmə cinayəti olduğunu dedi:. "Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişlər. Təəssüflə qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də dünya miqyasında hüquqi qiymət verilməyib. İkili standartlardan doğan bu yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Dünya bilməlidir ki, APREL AYINDA ERMƏNİLƏRƏ QARŞI DEYİL, AZƏRBAYCANLILARA QARŞI DƏHŞƏTLİ SOYQIRIM TÖRƏDİLİBDİR.Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də olsun informasiya resurs mərkəzi yaradılmayıbdır. Biz də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq bu sahədə ciddi təcrübəmiz var. Ümid edirəm tez bir zamanda saytımızın faydasını hiss edəcəyik. Biz eyni zamanda saytımızın ingilis dili versiyasının xaricdə təqdimatını da hazırlamışıq. Sonda öz növbəmdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə, eyni zamanda, millət vəkili Cavid Qurbanova öz təşəkkürümü bildirirəm”
Daha sonra AMEA-nın əməkdaşı, gənc alim Cahid İsmayıloğlu çıxış edərək erməni terrorçuları tərəfindən xalqımızın başına gətirilən müsibətlər barədə ölkə gənclərinin maarifləndirilməsinin vacibliyindən danışdı.
Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxış edərək Ağdaban soyqırımı ilə bağlı mediada ciddi təbliğat işlərinin aparılmasının vacibliyindən danışdı.
AFN.az saytının baş redaktoru Səbuhi Qafarov çıxışında cəmiyyət olaraq həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışdı.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-nin layihə departamentinin rəhbəri Həqiqət Şükürova Ağdaban həqiqətlərinin orta məktəb şagirdləri arasında təbliğinin vacib olduğunu dedi.
Sonda tədbir iştirakçıları Ağdaban sıyqırımına aid lentə alınan qısametrajlı sənədli filmə baxdılar.


Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

[center]Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-


Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-

Agdaban.az saytının təqdimatı olub-[/center]




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə VİDEOÇARX

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur