KTN yetkilisi beynəlxalq tədbirdə iştirak edəcək


Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Məcidov İstanbulda keçiriləcək İnkişaf üzrə işçi qrupun birinci iclasında iştirak edəcək.
Nazirlikdən AFN-ə verilən məlumata görə, səfər Türkiyənin G20-yə sədrliyi çərçivəsində 2015-ci ilin 02-03 fevral tarixlərində baş tutacaq. eyni zamanda tədbir çərçivəsində kənd təsərrüfatı mütəxəssislərinin toplantısı keçiriləcək.
İclasda ərzaq itkiləri və ərzağın israf olunması məsələlərinin, ərzaq təhlükəsizliyi və qidalanma üzrə icra planının müzakirəsi nəzərdə tutulub.
Hazırkı iclas cari ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan Azərbaycanın da iştirak edəcəyi G20 ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantısına hazırlıq xarakteri daşıyır.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu