Portuqaliyada meşə yanğınlarında 63 nəfər ölüb




Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63-ə çatıb.

AzVision.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğınlar nəticəsində 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Ölkədə tüğyan edən yanğınların söndürülməsində 350 əsgər və 700 yanğınsöndürən cəlb olunub.

Hazırda ölkənin bir neçə bölgəsində güclü meşə yanğınları davam etməkdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu