"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir- Sahibkarlardan prezidentə şikayət

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 14:35    |    Xəbər oxunub: 670 dəfə
"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-


Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzindəki yanğından zərərə düşən sahibkarlar prezident İlham Əliyevə müraciət ünvanlayıblar. AFN-in redaksiyasına da göndərilən müraciətdə Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayevanın adları qeyd edilib. Şikayətçilər bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə, həm də cavabdeh tərəf “Karvan”ın rəhbərliyi tərəfindən təsdiqlənsə də, onlara dəyən zərər ödənilmir.

Onlar şikayətlərində qeyd edirlər ki, göstərilən konkret məbləğ- ümumilikdə onlara dəyən 325 min manat rəsmən təsdiqlənib, bunu “Karvan” Ticarət Mərkəzinin rəhbəri də etiraf edib razılaşsa da, 5 ildir həmin vəsait ödənmir.
Xatırladaq ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş vermiş yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb.
Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, üç mərtəbəli, ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət mərkəzində yanğın saat 19:20 radələrində, sahibkarlar dükanlarını bağlayıb gedəndən sonra baş verib. Yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.
Sahibkarlara dəyən 15 milyon manata qədər zərər məhkəmə ekspertizası tərəfindən təsdiqlənib.
O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.
“Yanğından böyük miqdarda ziyan çəkən 368 sahibkar məhkəməyə müraciət etsə də, sonradan 3 sahibkardan başqa hamısı, onlara dəyən ziyan tanınsa da, şikayətlərini geri götürüb, cavabdehləri bağışlayıblar ki, bunun özü də müəmmalı və qəribədir” deyə müəlliflər bildirirlər.
“Karvan”ın 1-ci mərtəbəsində 2006-cı ildən pal-paltar ticarəti ilə məşğul olan, yanğın zamanı 170 min manat ziyana düşən Şiralı Əsgərov bildirir ki, isti-isti, ilk vaxtlarda yanğından çox az qism sahibkara, təxminən 15 nəfərə, hansılar ki, böyük məğləğdə ziyana düşüb və əsas da, çox güman ki, “yuxarıda” adamları olduğuna görə müəyyən məbləğ ödənilib: “Amma əksəriyyətinə, o cümlədən; mənə, 15 kvadratmetrlik mağazasında 55 min manatlıq malı yanan, ayaqqabı ticarəti ilə məşğul olmuş Füzuli Quliyevə və 15 ildir “Karvan”da qab-qacaq satışı ilə məşğul olan, yanğın zamanı 100 min manat ziyana düşən Dilavər Abdullayevaya “Karvan” Ticarət Mərkəzinin rəhbəri bir qəpik də pul verməyib”.
Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədovun özünün də bizə dediyi kimi, həmin ziyanı ödəməyə pulu yoxdur.
Halbuki biz neçə illərdir müqavilə əsasında fəaliyyət göstərmişik, “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz də var.
Amma hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da, kimlərəsə arxalanaraq indi dəyən zərəri ödəmək istəmir, bəhanə gətirir ki, “pulum yoxdur”.
Halbuki bildiyimizə görə, hər ay “Karvan”dan 2 milyon pul yığılır və pulun olmaması bu baxımdan inandırıcı deyil”.
Şikayətçilər bildirirlər ki, hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi: “İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.
Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dedyinə görə, bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü öz qərarını ləğv edib. Bu, necə olur?”

Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib: “Onların bir qisminə bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.
Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırov isə şikayətçilərə maraqlı cavab verib: “Dedi ki, bu məsələ prezidentə aid məsələ deyil, prezident o işlərə baxmır. Ancaq məlumdur ki, prezident dəfələrlə sahibkarlara qayğı və diqqətin dövlətimizin inkişafı üçün vacib olmasını qeyd etmiş, dəfələrlə deyib ki, sahibkarlara qayğı göstərilməli, onların fəaliyyətinə süni maneə yaradılmamalıdır”.
Şikayətçilər iddia edirlər “Karvan”da sahibkarlar indi də sığortalanmayıb.

Yazıda adları keçən hər bir şəxsin mövqeyini verməyə hazırıq.

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-

"Karvan" TM-in rəhbəri dəymiş ziyanı ödəmir-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Bakıda sürücü

Bakıda sürücü "Lexus"la yol kəsdi, sosial şəbəkələrdə tənqid olundu

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi:

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi: Qanun pozuntusu

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur