Bakıdakı 18 saylı məktəbdə sərgi fırıldağı- 7-8 min manat yığılır


Bakıdakı 18 saylı məktəbdə sərgi fırıldağı-


Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru yeni bir üsula əl atıb.

Belə ki, artıq neçənci dəfədir ki, Rəna Süleymanova məktəbin yuxarı sinf şagirdlərinə evlərində müxtəlif şirniyyatlar bişirib məktəbə gətirmələrini tapşırır. Gətirilən şirniyyatlar isə məktəb daxilində sərgi təşkil edilərək, yenə də məktəbin şagirdlərinə pulla satılır. Məlumata görə, Rəna Süleymanova denən də (16 fevralda-red.) belə bir bazar təşkil edib.
Qeyd edək ki, bu məktəbdə iki minə yaxın uşaq təhsil alır. Dirkektorun tapşırığı ilə sinif rəhbərləri şagirdlərə keçiriləcək aksiyada satılan şirniyyatları almaq üçün hər uşağın 4 AZN gətirməsin tapşırıb. Nəticədə şagirdlərdən yığılan pulun miqdarı 7-8 min manat edir.
Marqlısı budur ki, bu yığılan vəsaiti Rəna Süleymanova guya kiməsə və yaxud da kimlərəsə kömək etmık üçün toplayır. Lakin bu barədə nə şagirdlərə, nə valideynlərə dəqiq açıqlama verilmir. (veteninfo.az)
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu