Elkaponi Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyi müzakirə edib? SEÇKİ PLANI


Elkaponi Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?


Uzun illər görünməyən Frenk Elkponi adı ilə tanınmış iş adamı Füzuli Məmmədovun birdən-birə Azərbaycanda zühur etməsi yəqin çoxlarının təəccübünə səbəb oldu.

Aprel hadisələrindən sonra saytımız vasitəsilə guya Cocuq Mərcanlıya 3 milyon manat ayıracağını bəyan edən iş adamı sözünün üstündə durmadı.

Məsələ ilə bağlı apardığımız araşdırmalardan sonra məlum oldu ki, Füzuli Məmmədovun Cocuq Mərcanlı söhbəti yalan imiş. Ancaq iş adamının bunun ardınca Qarabağ qazilərinə mənzillər hədiyyə etməsi alqışlanmalıdır və biz bunu təqdir edirik.

AFN xəbər verir ki, modern.az-a Frenk Elkaponi ilə bağlı başqa bir məlumat da daxil olub. "Bu məlumatın bizdən öncə yuxarı dairələrə sızdığı barədə də informasiyalar var" - deyə sayt yazır.

Məsələ qarşıdan gələn seçkilərlə bağlı Elkaponinin Almaniyada yaşayan sabiq deputat, siyasətə qoşulmuş bəstəkar Hüseyn Abdullayev, Amerikada yaşayan eks-spiker Rəsul Quliyevlə qurduğu əlaqələrlə bağlıdır.

Sən demə, üçlük prezident seçkilərinin aprel ayında keçiriləcəyini ağıllarına belə gətirməyib. Ona görə də bütün əlaqələr, hesablamalar payıza ölçülübmüş.

Növbədənkənar seçkilərin elan edilməsi Elkaponinin bütün planlarını alt-üst edib. Ona görə o, tələm-tələsik Hüseyn Abdullayev və Rəsul Quliyevlə olan əlaqələrini ört-basdır etmək üçün ciddi fəaliyyətə keçib.

Yadınızdadırsa, Elkaponi hələ 2017-ci ilin oktyabrında Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək arzusunu bəyan etmişdi.

O, Facebook sosial şəbəkəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə keçirilən onlayn-səsvermədə öz naizədliyini də irəli sürmüşdü. Hətta bununla bağlı öz hesabında paylaşım da etmişdi.

Aldığımız məlumata görə, Füzuli Məmmədovun bu cür addımları Azərbaycan hakimiyyətinin yuxarı dairələrində ciddi şəkildə müzakirə olunub. O, yenidən “arzuolunmaz adam” statusu alıb. Hakimiyyət nümayəndələrinə isə tezliklə onunla bütün əlaqələri kəsmək göstərişi verilib.

P.S. Məsələ ilə bağlı Elkaponin mövqeyini öyrənmək istəsək də, bu cəhdimiz baş tutmadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu