Bakının Nizami rayonunda ağaclar yenə qanunsuz kəsilib- FOTOLAR


Bakının Nizami rayonunda ağaclar yenə qanunsuz kəsilib-


Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında 5 ədəd ağac kəsilib.

Bu barədə AFN-ə həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Sakinlər bildirirlər ki, ağac kəsilmə əməliyyatına Nizami Rayon İcra Hakimiyyəti rəsmiləri göz yumublar: "Ağaclar gecəyarı kəsilib. Nə məqsədlə, kim tərəfindən kəsildiyini bilmirik. Hər bir halda bu, qanunsuz əməldir və rayonda qanunsuz ağackəsmə hallarının yenidən başlanması bizi narahat edir".
Sakinlər redaksiyamıza kəsilən ağacların fotolarını da göndəriblər. Həmin fotoları təqdim edirik:

Bakının Nizami rayonunda ağaclar yenə qanunsuz kəsilib-

Bakının Nizami rayonunda ağaclar yenə qanunsuz kəsilib-

Bakının Nizami rayonunda ağaclar yenə qanunsuz kəsilib-

Bakının Nizami rayonunda ağaclar yenə qanunsuz kəsilib-


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də həmin məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin məlumatında bildirilir ki, aidiyyəti əməkdaşlar tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə 21 fevral 2018-ci il tarixində növbəti reyd keçirilib. Keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu