Azərbaycanda nazir oğlunun çoban iti alması Türkiyə mediasında- FOTOLAR


Azərbaycanda nazir oğlunun çoban iti alması Türkiyə mediasında-


Azərbaycan Maliyyə Naziri Samir Şərifovun oğlu dünyada "Anadolu aslanı" kimi tanınan Kanqal (poyraz) it cinsini alıb.

Mia.az-ın məlumatına görə, iri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.

İt fermasının sahibi Birol Başyiğit buranı 8 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal sevgisi onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib. Fermada 40 damazlıq Anadolu çoban iti, Aksaray malaklısı, Ağbaş və digər it növləri var. Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir.

Birol Başyiğit bildirib ki, poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir: "Dünya şöhrətli mərakeşlı idmançı, K-1 döyüşçüsü, "Qızıl oğlan” ləqəbli Badr Hari, dünya kinq-boks çempionlarından Badr Hari, Rusiyalı qaydasız döyüş ustası, qaydasız döyüş üzrə 4 qat MMA çempionu Fedor Emelianenko və Azərbaycan Maliyyə Nazirinin oğlu poyrazın balalarını bizdən alıblar”.

Azərbaycanda nazir oğlunun çoban iti alması Türkiyə mediasında-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu