Azərbaycanlı idmançını güllələyib, yandırdılar- “Lotu Quli”nin ətrafında artan qətllər-VİDEO+FOTOLAR


Azərbaycanlı idmançını güllələyib, yandırdılar-


İyulun əvvəlində Ukraynada öldürlən azərbaycanlı Elbrus Əsgərovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.



Ukrayna mətbuatında yazılanlara görə, qətlə yetirilən şəxs azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun adamlarından biri olub.

Elbrus Əsgərov kriminal çevrədə yetərincə tanınan biridir. O, gənc yaşlarından peşəkar boksla məşğul olub və hətta yarışlarda iştirak edib. Onun Nadir Səlifova yaxın birinin olmasını sübut edən amillərdən biri də, həbsdən çıxan “Lotu Quli”ni ziyarət edənlər arasında Əsgərovun da olmasıdır. Onların birlikdə fotoları da var.

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-


Elbrusun ölümünə gəlincə, Donetsk vilayətinin Mokiyevka şəhərində anadan olan Əsgərov Elbrus Salman oģlu bu il iyunun 30-da evə gəlməyib və axtarışa verilib. Onun sürdüyü, Prokopenko Aleksandr Aleksandroviçin adına olan AH 0101 CE dövlət nişanlı “Audi” markalı maşın Kiyev şəhərinin yaxınlıģında, Obuxovskaya şossesinin 51-ci kilometrliyində, içində güllə deşikləri və qan ləkələri olan vəziyyətdə tapılıb. Maşının içi həmçinin yarıyanıq halda olub. Dörd gündən sonra Obuxovskaya şossesinin 41-ci kilometrliyindəki su kanalından Elbrus Əsgərovun meyidi tapılıb.

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-


Edik ləqəbli Elbrus Əsgərov Kiyevdə nüfuzlu kriminal avtoritet olub. Onu axırıncı dəfə Fedyanın “Starıy Djorat” restoranında görüblər. Burada Edik “Smert” Azər və daha iki nəfərlə görüşüb, sonra naməlum istiqamətdə gediblər. “Smert” Azər və o biri iki nəfərdən hələ ki xəbər yoxdur. Bir çoxları bu fikirdədir ki, Edikin ölümünü Davudun vurulmasına cavabdır.

Belə ki, ötən ay şəhərin Tverskaya və Vasilevskaya küçələrinin kəsişməsində yerləşən “Dolma” restoranının önündə güllələnən Ağayev Davud Şahvələd oğlunun (1988-ci il təvəllüdlü) qətlində izlər Azərbaycanda doğulmuş şəxslərin üstünə aparır. Davud Aģayevi qətlə yetirən cinayətkar qızılı rəngli “Honda Civic” markalı AI 4450 HE nömrəli maşınla hadisə yerindən uzaqlaşıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Davud Aģayevin restorana gəldiyi AA 5572 OK dövlət nişanlı 2014 – cü il buraxılış “Prado” markalı maşının kimə məxsus olduğu araşdırılıb və məlum olub ki, maşın Kiyevdəki “Starıy Djorat” restoranının sahibi “Fedya“ya (o, azərbaycanlıdır) məxsusdur.

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-


Bundan başqa, “Fedya”nın adının başqa bir qalmaqallı cinayət işində keçdiyi ortaya çıxıb. 2016-cı ilin mart qanuni oģru Novxanılı Dadaşın başına gələn hadisələr zamanı iştirakçılardan biri Fedya olub. Dadaş İstanbulda Rövşən Lənkəranskinin haqqında verilən “proqon”a imza qoymasına və “oģru” Levanı vurmasına görə Lənkəranskinin adamlarına cavab verə bilmir və nəticədə Dadaşın “oģru” adı ondan alınır. Bundan sonra Dadaş Kiyev şəhərinə uçur və Fedyaya sığınır. “Starıy Djorat” restoranının sahibi “Fedya” onun üçün kirayəyə ev götürülür. O, burada həmkəndlisi Hacı Akiflə birlikdə qalır. Martın 20-də Dadaş Hacı Akifi qətlə yetirir və oradan birbaşa Kiyevin “Borispol” hava limanına yollanır. Onun üstündəki qan ləkələrini görən polis işçiləri ondan polis məntəqəsinə keçməyi tələb edirlər. Dadaş əvvəl polis işçilərini əlindəki bıçaqla hədələyir, sonra isə özünə ölümcül xəsarət yetirir.

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-


Ukrayna parlamentinin Radikallar partiyasından olan deputatı İqor Moseyçuk bu kriminal hadisələrlə bağlı danışıb. O, deyib ki, bu hadisələr bir daha Kiyevdə etnik cinayətkarlar qrupların mövcudluğunu təsdiq edir: “Cinayətkarlar bəzi hallarda istintaqa cəlb olunsalar da, son nəticədə məsuliyyətdən yaxa qurtara bilirlər. “Starıy Djorat”ın sahibi hər üç halda müstəntiqlər tərəfindən dindirilib. Günahı olmamış kimi buraxılıb. Ukrayna mətbuatı bu hadisələri Quli – Oleq Bakinski qarşıdurması kimi qələmə verir. Əlbətdə ki, bu fərziyyədir. Bütün bu üç ölümdə ancaq bir məqam var ki, fərziyyə deyil”.

Belə anlaşılır ki, “Starıy Djorat” restoranının sahibi Ukraynadakı kriminal almin “boz kardinal”ıdır. (minval.info)



Azərbaycanlı idmançını güllələyib, yandırdılar-

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-

Azərbaycanlı idmançını güllələyib, yandırdılar-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu