“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT


“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT


Avqustun 17-də tender elan edən və elanı vaxtı bitdikdən (27 avqust) 3 gün sonra (30 avqustda) sayta yerləşdirən “SOCAR Methanol” MMC düşdüyü durumdan çıxmaq üçün çabalamaqdadır.

AFN xəbər verir ki, son müraciət tarixi 27 avqust olan elanın 3 gün sonra sayta yerləşdirilməsi mediada tənqid edildikdən sonra adıçəkilən şirkət KİV-ə təkzib(?) göndərib. Məlumatı dərc edən saytlardan biri olaraq AFN-in redaksiyasına da həmin təkzib məktubu daxil olub. Məktubda qarşı tərəf iddia edir ki, elan şirkətin rəsmi saytına 30-da deyil, 17-də yerləşdirilib: “SOCAR Methanol” MMC tərəfindən katalizatorların alınmasına dair açıq tenderin keçirilməsi haqqında elan 30 avqust 2018-ci il tarixdə deyil, əksinə, 17 avqust 2018-ci il tarixdə (yəni tender sənədlərinin təqdim edilməsi üçün 10 gün müddət verilmişdir) bizim rəsmi saytımızda dərc edilmişdir və bu barədə bir sıra mötəbər kütləvi informasiya vasitələrinə, o cümlədən Azərtac dövlət informasiya agentliyinə (https://azertag.az/xeber/SOCAR_Methanol_katalizator_alir-1187482) müvafiq məlumat verilmişdir”.
MMC tərəfindən redaksiyamıza göndərilən məktubda bizdən həmin məlumatın “dərhal silinməsi” və təkzib verilməsi tələb(?) edilir. Özünü şirkət direktorunun köməkçisi kimi təqdim edən Qədir Bağırovla söhbətimizdə bizdə yaranmış suallara aydınlıq gətirilmədiyi üçün “təkzib” məktubunun dərc edilməyəcəyini diqqətinə çatdırdıq. Q.Bağırovun elanın verilmə və yerləşdirilmə tarixi arasındakı uyğunsuzluqla bağlı gətirdiyi arqument isə ondan ibarərt oldu ki, tender elanı haqqında məlumat avqustun 30-da redaktə edilib. Lakin söhbət əsnasında bir neçə dəfə sual versək də, şirkət nümayəndəsi redaktənin nədən ibarət olduğunu demədi. Üstəlik, Q.Bağırov niyə məhz elanın müddəti bitdikdən sonra redaktə edilməsi haqda sualımıza da cavab vermədi. Bu gün isə “SOCAR Methanol”un rəsmi saytında (www.socarmethanol.az) elanın yenidən dəyişdirilməsinin şahidi olduq. Belə ki, şirkət “SOCAR Methanol” MMC Müəssisənin müəyyən etdiyi katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi üzrə açıq satınalma müsabiqəsi haqda elanı 31 avqust tarixinə yenidən yerləşdirərək tender üçün son tarixi 06 sentyabr 2018-ci il müəyyənləşdirib. Bunu şirkətin əvvəldən yol verdiyi nöqsanın aradan qaldırılması kimi qiymətləndirmək olar, lakin gərəkdir ki, şirkət rəsmiləri özləri yanlışlıqlarını etiraf etsinlər.
Tender məsələləri üzrə ixtisaslaşmış iqtisadçı yazar Hafiz Babalının sözlərinə görə, baş verən proses onu göstərir ki, “SOCAR Methanol” MMC əvvəl yol verdiyi pozuntunu sonrakı addımı ilə düzəltməyə çalışıb: “Belə olduqda isə şirkət sizdən nəinki təkzib tələb etməlidir, əksinə sizə minnətdar olmalıdır. Əgər onlar siz yazandan sonra səhvlərini düzəldiblərsə, özləri üzr istəməlidirlər. Çünki onlar qanunun tələbini pozublar. Sabah tenderə müraciət edəcək potensial iştirakçı məhkəməyə müraciət edə bilər ki, onlar qaydaları pozublar və ona görə mən tenderə qatıla bilməmişəm. Buna görə tenderin nəticəsi də ləğv oluna bilərdi”. H.Babalının sözlərinə görə, qanunvericiliyin tələblərinə əsasən, satınalma predmeti ilə bağlı göstəricilərin olması zəruridir: “Məsələn, haqqında söhbət gedən elanda söhbət katalizatorlara olan tələbatın ödənməsindən gedirsə elanda bildirilməlidir neçə ədəd katalizator alınır, hansı göstəriciləri olmalıdır və onların təqdim edilməsi müddəti nə vaxt olmalıdır. Əgər bunlar da yoxdursa, o deməkdir ki, yenə də pozuntuya yol verilib”.
Elanın növbəti dəfə dəyişdirilməsi, yol verilən boşluqlarla bağlı yenidən Q.Bağırovla əlaqə saxlamaq istəsək də, qarşı tərəf edilən zənglərə cavab vermədi.
Elanda tender qanunvericiliyinin daha hansı məqamlarının pozulduğunu öyrənmək üçün elanın fotolarını təqdim edirik:

“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT
“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT
“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT
“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT
“SOCAR Methanol” tender elanını təzələdi, amma yenə pozuntu var-FOTOFAKT


HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu