Razim Məmmədov Eldar Əzizovun hədəfində: vəzifədən alınacağı deyilir

Xəbərin çap versiyası
Tarix: 4-09-2018, 18:31    |    Xəbər oxunub: 656 dəfə
Razim Məmmədov Eldar Əzizovun hədəfində:


Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun vəzifədən alınmasına hazırlıq gedir.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə faktiki rəhbərlik edən müavin Eldar Əzizovun paytaxt rayonlarının rəhbərləri arasında ilk hədəfi məhz R.Məmmədovdur: “Bildiyiniz kimi, son günlər Bakıda ciddi abadlıq işlərinə start verilib. Bu sırada söküntü işləri də diqqət cəlb edir. Ən çox söküntü işlərinin aparıldığı rayon isə məhz Xətaidir. Görünən odur ki, tikinti qaydalarının ən çox pozulduğu rayon məhz bu rayondur”.
Təsadüfi deyil ki, mediada adı neqativlərdə ən çox hallanan məhz Xətai rayonudur. Mətbuatda bu rayonda yaşıllıqların kütləvi məhv edilməsi, yerində müxtəlif iaşə obyektlərinin tikilməsi haqda mütəmadi yazılar, video və foto görüntülər yer alıb. Bir müddət əvvəl isə Xətai rayonunun adı Prezident Administrasiyasına ən çox şikayət gedən rayonların siyahısında hallanmışdı.
Ümumiyyətlə, rayona rəhbərlik edən R.Məmmədovun haqqında yayılan çoxsaylı neqativ informasiyalar onun vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi görüntüsünü yaradır. Bu baxımdan mənbəmizin fikirlərinə inanmamaq üçün heç bir əsasımız yoxdur desək, yanılmarıq.

FƏRİDƏ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur