"Baker Azərbaycan" və digər çörək zavodları təhlükə mənbəyidir- SİYAHI

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 18:46    |    Xəbər oxunub: 557 dəfə
"Baker Azərbaycan" və digər çörək zavodları təhlükə mənbəyidir-


Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.



Agentlikdən verilən məlumata görə, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.

Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3" Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən "31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan" MMC-yə məxsus və Xətai rayonu S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.

Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərinin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib edilib.

Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından, həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur