"Bakı Metropoliteni"nə korrupsiya ittihamı: qurum sualları cavabsız qoydu

Xəbərin çap versiyası
Tarix: 21-09-2018, 13:55    |    Xəbər oxunub: 637 dəfə
"Bakı Metropoliteni"nə korrupsiya ittihamı:


Bu günlərdə "Bakı Metropoliteni" QSC açıqlama yayaraq metronun "Xətai" stansiyasının təmirə bağlandığını bildirdi. Qurumun açıqlamasında qeyd edilirdi ki, stansiya təxminən 1 il müddətinə bağlı qalacaq.

AFN xəbər verir ki, tanınmış hüquqşünas Fərhad Mehdiyev metro stansiyalarında aparılan təmir və yenidənqurma işləri ilə bağlı bir sıra qaranlıq məqamların olduğunu açıqlayıb. Onun sözlərinə görə, həyata keçirilən təmir-yenidənqurma işlərinin reallaşdırılması problemlə müşahidə olunur: "Metro idarəsi korrupsiya və pis idarəçilik praktikasına davam edir. Daha əvvəl bu hal "Sahil" stansiyasında müşayiət olunmuşdu. Heç bir tender elan olunmadan indi də "Xətai" stansiyasi nə az, nə çox 1 illik müddətə təmirə dayanır. Nə qədər pul xərclənəcək? Hansı işlər görüləcək? Bütün bu məlumatlar ictimaiyyətə açıqlanmır. 3 dənə eskalatoru dəyişmək üçün niyə 1 il lazımdır? Büdcənizdə pul yoxdursa niyə başlayırsınız? Pulunuz varsa, quraşdırma və tikintidə təcrübəsi olan şirkətləri niyə cəlb etmirsiniz ki, tenderlə ən sərfəli formada bunu həyata keçirəsiniz? Smeta çıxarmısınızmı? Kimlərə kotirovka sorğusu göndərmisiniz? Bu ölkədə yeyib-dağıtmaq bu qədər sərbəstdirmi?"
F.Mehdiyevin ünvanladığı suallar kifayət qədər ciddi ittihamlar deməkdir. Lakin təəssüflər olsun ki, həmin suallara cavab almaq üçün müraciət etdiyimiz "Bakı Metropoliteni" QSC bizi cavabsız qoydu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur