Adil Vəliyevin "sağ əli" rüşvətlə tutulub: Sabunçu İH-in Həbib adlı əməkdaşının evindən 280 min manat çıxdığı deyilir

Xəbərin çap versiyası
Tarix: 10-10-2018, 13:29    |    Xəbər oxunub: 670 dəfə
Adil Vəliyevin "sağ əli" rüşvətlə tutulub:


Sabunçu Rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyevin qoçusu kimi tanınan Həbib adlı əməkdaşı saxlanılıb.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, İH əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb. Onun evindən 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.
Qeyd edək ki, Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli kimi tanınıb. O, Sabunçu rayonu ərazisində tikintiyə nəzarət edən şəxs olub. Haqqında şikayətlər çox olsa da, Həbib tanınmış hüquqşünas Aslan İsmayılovla yaranmış mübahisə zəminində gündəmə gəlib. Xatırladaq ki, bir müddət öncə A.İsmayılov məlumat yayaraq Abbas Quliyev adlı Bakı sakininin Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsini hasara alması üçün Sabunçu İH-də Həbib adlı şəxsin vətəndaşdan hər sota görə 3000 manat rüşvət istəməsini bildirmişdi. Həmin proses sonda insidentlə nəticələnmişdi və vətəndaşın xahişi əsasında hüquqşünas məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışdı.
Mənbəmizin bizə bildirdiyinə görə, Həbibi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan hər kəs tanıyır: "Bir adam daşı daş üstə onun icazəsi olmadan qoya bilməzdi. Amma necə deyərlər, su çanağı suda sındı və Həbib rüşvət üstündə yaxalandı".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub-

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub- FOTOLAR

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı-

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı- Sensasiyalı səbəb

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur