“MedEra” Hospitalda biabırçılıq- Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi

Xəbərin çap versiyası
Tarix: 20-10-2018, 22:12    |    Xəbər oxunub: 637 dəfə
“MedEra” Hospitalda biabırçılıq-


Vətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçidir.



AFN xəbər verir ki, Unikal.org-a müraciət edən Cahangirova Günay Valid qızı “MedEra” Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia edir:

“Xoşqədəm xanımın verilişini hər gün izləyirəm, ona böyük hörmətim var. Onun verilişində Əliosman Qədimbəylini təriflədiklərinə görə “MedEra” Hospitalına getdim. Əliosman Qədimbəyli dedi ki, başım, belim və sinə hissəm MRT olunmalıdır. Bizi MRT olunmaq üçün başqa bir hospitala yönəltdi. Birdə Medera Hospitalinda qan analizlərini verməyimi dedi. Analizləri verdim, başım və belim MRT olundu, sinə hissə qaldı. Sonra qan analizlərinin cavabını və MRT-nin cavablarını götürüb, Əliosman həkimin yanına getdik. MRT cavablarına və qan analizlərinə baxdı və mənə belimdə 5.5 mm ölçüdə yırtıq, həmçinin fəqərədə geniş ölçülü subxondral ödəm olduğunu və bir də fəqərələrin rənginin tündləşdiyini, D vitaminin sümüyümdə 13 faiz qaldığını bildirdi. Mənə müalicə üçün sinirə qarşı dərman, ağrıkəsici iynə, D vitamini, maz, birdə bir başqa dərman yazdı. Amma dedi ki bu müalicə mənə 20, 30 faiz xeyr edəcək. Ona görə mən mütləq lazer şuasına getməliyəm. Lazerlə mənim belimdəki yırtıq əridiləcək. Bu lazerin günü 70 manat olduğunu və mənim 15 gün lazerə getməli olduğumu dedi. Mən, imkanim olmadığını bildirdim. Əliosman həkim isə bildiridi ki, o lazer mənim tez saqalmağım üçün vacibdir və bu aparatın isə yalnız “MedEra” Hospitalda var.

“MedEra” Hospitalda biabırçılıq-


Yazdığı dərmanları aldıb istifadə etsəm də heç bir faydası olmadı. Ağrılarım daha da artdı, vəziyyətim pisləşdi. Bildiridi ki, gedib, bu müalicələri edib, lazerə düşəndən sonra yenidən yanına gəlim. Yəni Lazer olunmamış qəbuluna düşməyim. Qan analizi 146 manat , 300 manat MRT, 50 manat Əli Osman həkimin qəbuluna yazılmağa görə hospitala ödəniş etdim. Bundan əlavə, 200 manatdan çox dərmanlara pul ödəmişəm. Həkimin, yəni Əliosman Qədimbəylinin yazdığı resept də məndədir. Sinirə qarşı 2 dərman yazıb. Onları qəbul edəndə elə bil çənəm əyilir, dilim sözü tuta bilmir qabağımda kimsə ölsə reaksiya verə bilmərəm. Elə bil narkotikadır. Sonradan bilmişəm bu dərman heç lazım deyilmiş. Əsas mənim belimdə olan iltihaba və yırtığa qarşı müalicə yazmalı idi, onu da yazmayıb. Məndə üşütmələr daha da artdı, halsızlıq, qızdırma başladı. Bundan sonra başqa həkimə getdim və mənə dedilər ki, belimdəki iltihab günü gündən daha da artır. Amma Əliosman Qədimbəyli buna heç bir reaksiya verməyib. Sonradan getdiyim həkim bildirdi ki, lazerin bu xəstəliyə heç bir əhəmiyyəti yoxdur. Həkim mənə deyir ki, mənim belimə maz çəkmək qəti şəkildə olmaz. Halbuki, Əliosman Qədimbəyli mazla hər gün iki dəfə masaj olunmağımı yazmışdı. O iki dəfə masaj olunmalar belimin ağrısını daha da şiddətləndirib. Məni düzgün müalicə etmədiyinə görə Əliosman Qədimbəylini məhkəməyə verməyə də hazırlaşam”.

“MedEra” Hospitalda biabırçılıq-


Məsələ ilə bağlı “MedEra Hospital”ın direktoru Lalə Babayeva ilə əlaqə saxladıq. Direktor Günay Cahangirovanın rəhbərlik etdiyi klinikaya müraciət etdiyini təsdiqləsə də, xəstənin həkimin dediklərinə əməl etmədiyini bildirib: “Xəstəyə bel və boyunun disk sürüşməsi diaqnozu qoyulub. Əlində MRT-si var, başqa klinikada etdirib. Xəstədə esterik nevroz var. O, 12.09.2018-ci il tarixində klinikamızda olub. Laborator analiz verib və həkimin qəbulunda olub. Ondan sonra passientə terapiya məsləhət görülüb. Xəstə terapiya kurslarına gəlməyib. Nevroz xəstəliyi 3-4 günə sağalan bir şey deyil. Uzun müddət müalicə tələb edən xəstəlikdir. Amma disk sürüşməsi və boyuna görə həkim ona müalicə yazıb, lazer terapiyası məsləhət görüb. Xəstə də həkimin dediyindən imtina edib. Amma əsas o müalicəyə görə gəlməyib, bizim klinikamıza . Xəstənin müxtəlif klinikalara müraciət etməyi onun inamsızlığı ilə bağlıdır. Onun esterik nevrozla bağlı problemi var ki, o klinikaları gəzir”.

“MedEra” Hospitalda biabırçılıq-

“MedEra” Hospitalda biabırçılıq-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur