Mirdaməd Sadıqovun vəzifədən alınmasına hazırlıq gedir?- deputatlıq sevdası icra başçısını “vurub”

Xəbərin çap versiyası
Tarix: 26-10-2018, 17:14    |    Xəbər oxunub: 648 dəfə
Mirdaməd Sadıqovun vəzifədən alınmasına hazırlıq gedir?-


Azərbaycanda vəzifədən çıxarılacaq məmurların media vasitəsilə “vurulması” artıq dəb halını alıb. Təxminən bir neçə ay öncədən aidiyyatı üzrə tənqidi məqalələr yazılır, sonda həmin məmur vəzifədən alınır. Təbii, istisnalar da var, lakin əsasən orta ranqlı məmurların “vurulması”nda bu hal müşahidə edilir. Xüsusilə də icra başçıları ilə bağlı müaşhidə olunan durum diqqətçəkicidir. Məsələn, oktyabrın əvvəlində prezident sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin haqqında artıq bir neçə ay idi ki, davamlı olaraq yazılar yazılmaqda idi. Nəticə artıq göz önündədir.

Haqqında son günlər sıx-sıx yazılan məmurlardan biri də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdur. Əslində yaxşı ziyalı, müsbət insan kimi tanınan Mirdaməd müəllimin fəaliyyəti haqqında yazılan yazılar, şikayətlər, ortaya qoyulan faktlar istər-istəməz onun da “vurulma” prosesinin getməsi təəssüratı yaradır. Görünən odur ki, məlum İsmayıllı hadisələrindən sonra rayonda sabitlik yaratmaq üçün göndərilən M.Sadıqov vəzifəsinin öhdəsindən gəlməyə çətinlik çəkir. Onun etimadı doğrultmadığını da deyə bilərik. Hər halda, bir rayondan həddən artıq çox şikayətin olması fonunda rəhbərliyin, aidiyyatı qurumların qüsursuz olduğunu demək bizim tərəfimizdən həddən artıq yumşaq yanaşma ola bilər.
Təəssüflə qeyd edək ki, yaxşı ziyalı kimi tanınan M.Sadıqovun adını google axtarış sistemində axtarışa verəndə çıxan məqalələrin böyük əksəriyyəti, hətta demək olar ki, 99 faizi məhz tənqid, şikayət, narazılıq motivlidir. Onun korrupsiya əməllərinə yol verməsindən tutmuş, rayonda talamaya yol verməsinə, ölkə rəhbərliyinə qarşı saymamazlıq etməsinə, rayon sakinlərini incitməsinə, onlarla kobud rəftar etməsinədək ən müxtəlif problemlərdən bəhs edilir. Hətta M.Sadıqovun istefa ərizəsi yazması haqda da məlumatlar mediada özünə yer alıb. Xəbərləri izləyərkən İsmayıllı icra başçısının vəzifəsinin ömrünə az qaldığı təəssüratı yaradır. Həmin təəssüratın arxasınca getdikdə isə heç də yanılmadığımız aydın oldu. Məlumatlı mənbənin əməkdaşımızla söhbətdə bildirdiyinə görə, M.Sadıqovun adı “vurulacaq” icra başçılarının siyahısındadır. Buna səbəb isə rayondan həddən artıq çox şikayətlərin gəlməsidir. “Şikayətlər həm mediada işıqlanır, həm də Prezident Administrasiyasına ünvanlanır” ¬– deyə mənbə bildirib. Məsələnin daha ilginc tərəfi Sadıqovun özünün deputatlıq iddiasına düşməsi haqda verilən məlumatdır. Bildirilir ki, adıçəkilən başçı məclislərin birində özünü bu vəzifəyə layiq hesab etmədiyini dilə gətirib. Deyib ki, onun hədəfi ölkədəki 125 nəfər seçilmişdən biri olmaqdır. O, özündə millət vəkilliyi üçün ciddi potensialın olduğunu qeyd edib. Hətta iddia edib ki, hazırkı deputatların hamısından “daha yaxşı deputat” ola bilər. Təbii ki, belə özündənrazılıq heç bir halda ölkə rəhbərliyinə xoş gələ bilməz. Odur ki, yaxın günlərdə İsmayıllı rəhbərliyində dəyişikliyin olacağı barədə deyilənlərin həqiqət payı daha çoxdur desək, yanılmarıq.
Qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?-

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?- Açıqlama

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb-

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur