Cahangir Hacıyevin arvadı həbs olundu

Xəbərin çap versiyası
Tarix: 6-11-2018, 22:00    |    Xəbər oxunub: 673 dəfə
Cahangir Hacıyevin arvadı həbs olundu


Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.

Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

Cahangir Hacıyevin arvadı həbs olundu


O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir.

Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.

Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.(BBC Azərbaycan)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb

“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb

Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq

Bakı-Ələt yolunda

Bakı-Ələt yolunda "Mercedes" aşdı - Bir ailənin 4 üzvü...

Rüşvətə görə həbs edilən prokuror köməkçisi cəzaçəkmə müəssisəsinə köçürülüb

Rüşvətə görə həbs edilən prokuror köməkçisi cəzaçəkmə müəssisəsinə köçürülüb

14 992 abituriyent elektron ərizəsini təsdiq edib

14 992 abituriyent elektron ərizəsini təsdiq edib

Dövlət Məşğulluq Xidmətinin peşə kurslarında 316 nəfər təlim keçib

Dövlət Məşğulluq Xidmətinin peşə kurslarında 316 nəfər təlim keçib

Astana şəhəri rəsmi şəkildə Nur-Sultan oldu

Astana şəhəri rəsmi şəkildə Nur-Sultan oldu

Çikaqoda yaşayan azərbaycanlı müəllim

Çikaqoda yaşayan azərbaycanlı müəllim

Könüllülər hərakatından başlayan uğurlar-

Könüllülər hərakatından başlayan uğurlar- MÜSAHİBƏ

Müdafiə Nazirliyi cəbhə xəttindəki son vəziyyət barədə

Müdafiə Nazirliyi cəbhə xəttindəki son vəziyyət barədə

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur