Rəfail Mehralıyev və müavini Qüdrət Şükürovun aqibətini yaşayacaq?- Hər iki məmur yeni başçının hədəfində

Xəbərin çap versiyası
Tarix: 3-12-2018, 12:36    |    Xəbər oxunub: 773 dəfə
Rəfail Mehralıyev və müavini Qüdrət Şükürovun aqibətini yaşayacaq?-


Bakı Şəhər İcra Hakimiyyəti başçısının dəyişməsi bu qurumda yüksək vəzifə tutan iki nəfərlə bağlı müəmmalı vəziyyətin yaranmasına səbəb olub. Bunlar BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTD) sədri Rəfail Mehralıyev və onun müavini Vidadi Əliyevdir. AFN xəbər verir ki, artıq bu iki şəxsin vəzifədən alınacağı, hətta haqlarında cinayət işinin açılacağı ilə bağlı məlumatlar yayılmağa başlayıb. Belə ki, BŞİH-ə rəhbər gətirilən Eldar Əzizovun ilk olaraq Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovu vəzifədən alması, hətta onunla bağlı Respublika Prokurorluğunda cinayət işinin açılması digər məmurlar üçün bir siqnaldır. O cümlədən də MKTD rəhbərliyində təmsil olunan R.Mehrəliyev və V.Əliyevin hədəfdə olduğu bildirilir.



Xatırladaq ki, bir müddət əvvəl R.Mehralıyevin adı ölkədən milyonlarla vəsait çıxaran məmur kimi hallanırdı. Onun Azərbaycandan çıxardığı milyonlarla Çexiyada özünə hotel biznesi qurması müzakirə mövzusu idi. Bildirilirdi ki, departament müdirinin Çexiyadakı biznesinə qardaşı Mübariz Mehrəliyev rəhbərlik edir. “Departament rəhbəri və qardaşının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki,qardaşlar Çexiyada bir neçə böyük pub bar və restoran da alıblar. Qeyd edək ki, Rəfail Mehralıyevin Çexiyadakı biznesini qardaşı Mübariz Mehrəliyev idarə edir” – deyə yayılan məlumatda qeyd olunur. O da bildirilir ki, qardaşların xaricdəki biznesi Çexiya ilə məhdudlaşmır və Türkiyədə də geniş biznes şəbəkəsinə malikdirlər. Bütün bu məlumatlar çox güman ki, yeni rəhbərliyin də diqqətindədir və yaxın günlərdə adıçəkilən məmurun və onun Azərbaycanda qeyri-qanuni milyonlar əldə etməsində əsas ortağı olan müavini Vidadi Əliyevin sonu yaxındır.
Vidadi Əliyevin isə yol verdiyi nöqsanlar təkcə R.Mehrəliyevlə əlbirlik deyil, onun hələ köhnə başçının vaxtından Bakı RİH-lərdə öz adamlarını yerləşdirməsi də zaman-zaman müzakirə və narazılıq mövzusu olub. “Bu yolla onun da həddən artıq böyük varidata sahiblənməsi, özünü oliqarx kimi hiss etməsi nəinki vəzifədən olmasına, hətta cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər” – deyə məlumatlı mənbə saytımıza bildirib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur