Sabir Rüstəmxanlıdan sərt yazı: “Bu, satqınlıqdır, xəyanətdir, dövləti cinayətdir!”

Xəbərin çap versiyası
Tarix: 6-01-2019, 12:06    |    Xəbər oxunub: 603 dəfə
Sabir Rüstəmxanlıdan sərt yazı:


İstanbul Bakı arasında növbəti reyslərdən biri. 2019-cu il, 3 yanvar. Gözləmə salonuna girən kimi tanıyırsan, bəli, bu, bzim camaatdır. Sağdan-soldan salamlaşanlar da çoxdur. Son vaxtlar daha çox “Azal”la uçuram. Təyyarə bələdçiləri bu təyyarələrin məxsus olduğu dövlətin dilində anonslarını, yəni təyyarəiçi danışıqlarını da qaydaya salsalar xidmət də, təyyarələrin keyfiyyəti də, təyyarə kapitanlarının peşəkarlığı da yüksək səviyyədədir. Hələ bizim Aeroportu demirəm. Hər dəfə bura girəndə ürəyim dağa dönür. Çox təyyarə meydanı görmüşəm, ancaq bizim hava alanı qədər rahat və gözəl olanını xatırlamıram. İndi də doğma təyyarəmizdəyik və Bakıya uçuruq. Uçanların çoxu ailələrdir, yanlarında uşaqları, yaxınları…

Təyyarə havalanandan sonra məni bir çaşqınlıq bürüdü. Əvvəl elə bildim yanlış olaraq Rusiyaya uçan təyyarəyə minmişəm. Sonra baxdım, yox elə həmin adamlardır: təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danımağa. Allah, Allah, bu Bakıda necə bir özünübəyənməmək xəstəliyi varsa bir təyyarəlik havası belə admları, Mirzə Cəlil demiş, özündən çıxarır və yadlaşdırır.

Arxadan, öndən, sağdan, soldan uşaqlar ara vermədən və hay-küylə danışırlar, qışqırışırlar. Bir kəlmə Azərbaycan-türk sözü eşidilmir. Bəlkə sərnişinlərin hamısı rusdur, ya başqa ölkə vətəndaşlarıdır. Yox, valideyinlər öz aralarında yarı azərbaycanca, yarı rusca danışırlar və uşaqların adlarını çəkəndə hamısının bizim öz övladlarımız olduqları bəlli olur. Böyüklər yatır, uşaqlar yatmır. Rahat oturmaq mümkün deyil.

Bəlkə ancaq mənim ətrafım belədir, şanssızlıqdan bunların arasına düşmüşəm. Maraq üçün təyarənin dəhlizində axıra kimi gedib qayıdıram. Uşaqların hamısı rusca danışır. Fikirləşirəm ki, bu təyyarədə Türkiyəli qardaşlarımız, kənar ölkələrdən olan qonaqlar da var, bəs onlar çaşıb qalmırlar, demirlər ki, axı biz Rusiyaya yox, Azərbaycana uçuruq, ora da müstəqil bir ölkədir, oranın da deyəsən öz dili var, bəs bu adamlara nə olub, bunların dilinə nə olub, bəs bunlar hansı xəstəliyə düçar olublar ki, özlərinə, dillərinə bu qədər nifrət edirlər, uşaqlarına 30 il bundan qabaq qopduqları və qopmaq ərəfəsində də bunların qanını tökmüş, bu gün də qonşu düşmən ölkənin əli ilə bu qanı tökməkdə davam edən Rusiyanın dilindən əl çəkə bilmirlər. Adam xəcalətindən havalanır. Təyyarə tez çatsın, tez çıxım bu dil xəyanətkarlarının arasından.

Bəli, dövlət dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da satqınlıqdır. Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədirsə, mənə görə, bu, dövləti cinayətdir. Uşaqlara baxıram. İlahi bu qədər gözəl övladlarımızı niyə bizdən qoparır, niyə bizə yad edirlər?!

Onsuz da Azərbaycanda qəsdən uşaq artımının qarşısı alınır, olanların da bir hissəsi Azərbaycan ruhundan qoparılırsa bizim axırımız nə olacaq? Valideyinlərin çoxu iradəsiz və şərait əsiridir. Bunu anladıq, ancaq bu durumun əsas səbəbkarı onlar deyil.

Dövlət üçün, millət üçün belə aşağayılıcı və təhqiramız durumun əsas səbəbkarı rus məktəblərinin sayını ildən-ilə artıran və bununla qürur duyan hökumət və onun təhsil siyasətidir... Bu siyasətin bizi hara apardığını dəfələrlə yazmışıq. Qoy bunu özünə sayqısı olan və uşaqlarının məktəb yaşı çatan hər bir vətəndaş düşünsün…

Düşünsün və… heç bir nəticə çıxarmasın!

Sabir Rüstəmxanlı,
Azərbaycan Dil Qurumunun Başkanı
4.01.2019






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Leyla Ramazanlıdan İçərişəhər

Leyla Ramazanlıdan İçərişəhər FOTOSESSİYASI

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib-

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib- FOTOLAR

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur