İsgəndər Şirəli korrupsiya əməlinə yol verib- Ekspert şərhi+FOTOLAR


İsgəndər Şirəli korrupsiya əməlinə yol verib-


“Məmurun ailə üzvlərinin biznes obyekti ilə satınalma müqaviləsi bağlaması maraq konflikti yaradan məsələdir və korrupsiya əməli kateqoriyasına daxil olan əməldir”.



Bunu AFN-ə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlinin qızı Nilufər Qarayevaya məxsus olan və “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranı ilə bağladığı müqaviləni şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Qeyd edək ki, İ.Şirəlinin qızına məxsus restoranla müqaviləsinə əsasən onun rəhbərlik etdiyi trestin 400 nəfər işçisinin naharı həmin restoran tərəfindən təmin edilir. Bir neçə gün əvvəl mediada bu barədə yayılan məlumatdan sonra bağlanan müqavilə redaksiyamıza təqdim edildi və ictimailəşdirildi. N.Cəfərli bildirib ki, dövlət satınalmaları ilə bağlı müvafiq qanunvericiliyə görə, bağlanan müqavilələrdə maraq konflikti olmamalıdır: “Yəni müqavilələr bağlanarkən hər hansı bir şəxsi maraq güdülməməli. Müvqafiq qanunvericilikdə qeyd edilir ki, qohumluq əlaqələri yaxud hər hansı bir maraq toqquşması varsa bu müqavilələrin bağlanmasından qaçmaq lazımdır və bu, korrupsiya əməlləri kateqoriyasına aid edilə bilər. Deyilən məsələ öz təsdiqini tapırsa, bu, artıq maraqlar konfliktinə aid olan məsələdir və ciddi araşdırılmalıdır. Təbii ki, belə bir müqavilə bağlanıbsa, ödənişlər dövlət şirkətinin büdcəsindən ödənibsə, bunun kommersiya üstünlüyünü, xeyrini həmin satınalmalara rəhbərlik edən şəxsin ailə üzvü qazanırsa, bu, təbii ki, ölkə qanunvericiliyinin pozuntusu deməkdir. Gərək bu məsələ ciddi şəkildə araşdırılsın, bütün faktlar üzə çıxarılsın, məsələ ilə bağlı hüquq-mühafizə orqanları, aidiyyatı dövlət qurumları öz sözlərini desinlər. Dövlət qurumlarının və dövlət şirkətlərinin tenderləri şəffaf olmalıdır, birbaşa tender iştirakçılarının sayı, onların hansı təkliflərlə çıxış etmələri ictimaiyyətə məlum olmalıdır. Bundan sonra müqavilələr bağlana bilər. Əgər maraqlar konflikti yaranıbsa bu müqavilələrin ümumiyyətlə bağlanmasına qanunvericilik imkan vermir”.

İqtisadçı ekspert Nazim Bəydəmirli də bildirdi ki, baş vermiş hal qanun posuntusudur: “Bu cür hallar çox baş verir. Mən çox təəssüf edirəm ki, dövlət satınalmaları kommersiya şirkətləri haqqında məlumatların dövlət sirri hesab olunması ilə bağlı qanunvericiliyə dəyişikliklər edilənə qədər də ancaq kağız üzərində idi. İndi jurnalistlər üçün, araşdırma aparan digər şəxslər üçün daha da çətinləşib. Trest müdirinin yol verdiyi hal da yeni deyil, bu cür problemlər çoxdur. Son zamanlar bunun açıq-aşkar olması rüşvət piramidasının böyük olmasından xəbər verir. Yəni şöbə müdiri, idarə rəisi əmindir ki, ondan yuxarıdakının bundan xəbər var və yuxarıdakı bundan da böyük “işlər” görür. Bunun qarşısını almağın yeganə yolu reyestr məlumatlarını kommersiya sirri kateqoriyasından çıxarıb cəmiyyətə açıq etməkdir. Bundan əlavə, “Satınalmalar haqqında” qanunun tələblərinə riayət olunmalıdır”.

İsgəndər Şirəli korrupsiya əməlinə yol verib-

İsgəndər Şirəli korrupsiya əməlinə yol verib-

İsgəndər Şirəli korrupsiya əməlinə yol verib-

İsgəndər Şirəli korrupsiya əməlinə yol verib-


HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu