"Ambassador" otelin sahibinin oğlu azyaşlını zorlamaqda ittiham edilir


"Ambassador" otelin sahibinin oğlu azyaşlını zorlamaqda ittiham edilir


"Ambassador" otelin sahibinin oğlu azyaşlı uşağı zorlayıb.

AFN xəbər verir ki, belə bir sensasion məlumatı tanınmış jurnalist Əli Əhmədov açıqlayıb. Onun sözlərinə görə, zərərçəkmiş tanıdığı ailənin övladıdır: "Atasının puluna arxayın olan, harınlamış, arvad-uşağı olan bir biqeyrət, azyaşlı uşağı aldadıb aparıb öz atasının otelinə ("Ambassador" otelidir) namusuna təcavüz edib. Hələ bu "qəhrəmanlığını" telefona da çəkib. İşin üstü açılan kimi də telefonunu satıb ki, izi itirsin".

Jurnalist bildirib ki, tibbi ekspertiza məsələnin üstün ört-basdır etməyə çalışıb: "Deyib ki, "heç nə olmayıb". Yəni bu faktın olduğunu inkar edir. Valideynləri şübhələnib uşağı başqa yerlərdə yoxlatdırandan sonra aydın olub ki, ekspertiza düz demir - uşağa təcüvüz edilib. İndi bu əclafın cəzalandırılması bir yana, ailə hələ hadisənin olması faktına düzgün qiymət verilməsnini hayında qalıb. Məhkəmə də götürüb "qəhrəmana" ev dustaqlığı verib. Evdə oturub çay içə içə televizora baxmağı "dustaqlıq" sayıb məhkəmə. Zərərçəkən tanıdığım ailədir, hadisəni eşidəndə qulaqlarıma inanmadım. Ekspertiza və məhkəmənin qərarından sonra isə ümumiyyətlə dəhşətə gəldim.

Hələ davamı da var – zərərçəkən tərəf məhkəmənin qərarından apellyasiya verib, 5-ci gün axşam. Apellyasiya prosesi 10 gün ərzində keçirilməlidir. Amma görün, nə baş verib, 6-cü gün (iş günü deyil), müstəntiq zəng edib ki, bəs 1-ci gün məhkəmədir, saat 10-da gəlin. Yəni ki, əlavə dəlil-sübut tapmamış tez işi bağlayaq. Adam indi başa düşür ki, bu əclaf nəyə arxayın olub belə hərəkətlər edirmiş. Bu cinayəti gizlətmək, cinayətkara güzəşt edib, nəyinsə müqabilində cəzasını yüngülləşdirmək və cəzadan qorumaq istəyənlər mənim gözümdə elə cinayətkarın özü qədər əclafdırlar..."

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu