İcra başçısının premyer liqada çıxış edən klubu məhkəməyə verilib


İcra başçısının premyer liqada çıxış edən klubu məhkəməyə verilib


“Keşlə” klubu məhkəməyə verilib



“Mediland” MMC Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” (əvvəlki “İnter”) futbol klubunu məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb.

Pulun məbləği açıqlanmayıb. Üçüncü şəxs qismində “Keşlə” klubu göstərilib.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Növbəti məhkəmə iclası fevralın 13-də keçiriləcək.

AFN xatırladır ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov "Keşlə" futbol klubunun müşahidə şurasının üzvüdür. Bəzi iddialara görə isə o, "Keşlə" futbol klubun qeyri-rəsmi rəhbəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu