Qarabağ döyüşçüsü "Gülbaxt" Tikinti Materialları Kombinatından şikayətçidir

Xəbərin çap versiyası
Tarix: 12-02-2019, 01:54    |    Xəbər oxunub: 684 dəfə
Qarabağ döyüşçüsü "Gülbaxt" Tikinti Materialları Kombinatından şikayətçidir


Qarabağ müharibəsi döyüşçüsü Əsədov Qardaş Əsədbala oğlu "Gülbaxt" Tikinti Materialları Kombinatı MMC-nin rəhbərliyindən şikayətçidir.

AFN-ə müraciət edən Q.Əsədov bildirir ki, 1996-cı ildən kombinatda qeyri-rəsmi, 01.07.2005-ci ildən isə rəsmi surətdə kran maşınisti kimi çalışıb (əmr № 05). "2016-2017-ci illər ərzində 7700 (yeddi min yeddi yüz) manat əmək haqqımı bu vaxta qədər ala bilməmişəm" deyən şikayətçinin sözlərinə görə, bu vaxtlar ərzində o, aylıq 700 (yeddi yüz) manat əməkhaqqına çalışmasıma baxmayaraq, idarədə ona vergidən yayınmaq üçün 170 (yüz yetmiş) manat əməkhaqqı yazılıb: "Rəhbərlik isə aylıq mənə 700 manat əvəzinə 170 manat əmək haqqı verəcəyini bildirməyib. Hər dəfə bu pulun mənə veriləcəyi deyilsə də, indi bunu inkar edirlər. Daş karxanasında qışın şaxtasında, yayın istisində açıq şəraitdə 8 saat iş rejimi əvəzinə 11 saat 170 manat əmək haqqına kim işləyərdi?! Sözügedən müəssisə 2018-ci il dekabrın birindən fəaliyyətini dayandırdığı halda mənim işə gəlmədiyim qeyd edilir. Bu da mənə qarşı olunan haqsızlıqdan biridir".
Üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya 2-ci dəfə müraciət etdiyini deyən keçmiş döyüşçü bildirir ki, 2 övladı tələbədir: "Mənim o pula uşaqlarımın təhsili üçün ehtiyacım böyükdür. Həmçinin mən 2005-ci ildən məzuniyyət haqqımdan istifadə etməmişəm. Dəfələrlə məzuniyyətə çıxmaq istəsəm də, müdiriyyət əvəzedici işçi olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyə icazə verməyib. Sizdən xahiş edirəm ki, 7700 manat əmək haqqımın və istifadə etmədiyim məzuniyyət haqqımın bərpasında mənə köməklik göstərəsiniz. Mən Qarabağda 4 il vuruşmamışam ki, hansısa daş karxanasının müdiriyyəti mənim halal zəhmətimlə qazandığım haqqımı mənimsəsin".
Qeyd edək ki, bu, adıçəkilən MMC ilə bağlı ilk şikayət deyil. Bir müddət əvvəl Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı da uzun illər həmin qurumda çalışdığını, məzuniyyət hüququndan istifadə edə bilmədiyini bildirmişdi. Şikayətçinin müraciəti əsasında hazırlanaraq AFN-də dərc edilən yazı ilə BURADAN tanış ola bilərsiniz. Həmçinin Əhmədov Ələddin Əbdülhəsən oğlu da Qaradağ Rayon Məhkəməsində kombinata qarşı ödənilməmiş məzuniyyət haqqının verilməsi tələbilə iddia qaldırıb. İddia birinci instansiyada təmin edilib. Qarşı tərəf apellyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiyanın çıxartdığı qətnaməni qüvvədə saxlayıb.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur